Ana səhifə / Yanğından mühafizə / Yanğınsöndürmə avadanlığı və ləvazimatı

Yanğınsöndürmə avadanlığı və ləvazimatı

Paylaşmaq!

Yanğınsöndürmə avadanlığı və ləvazimatı elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Yanğınsöndürmə avadanlığı və ləvazimatı

Yanğınsöndürmə avadanlığı və ləvazimatı

Yanğınla mübarizə məqsədilə hansı ləvazimat və alətlərdən istifadə olunur?

Yanğınla mübarizə məqsədilə odsöndürücülər, yanğın söndürmə quruluşları, yanğın ləvazimatı alətlərindən istifadə olunur.Yanğınsöndürmə avadanlığı və ləvazimatıYanğınların ilk mərhələsində əl odsöndürücülərindən istifadə olunur.Yanğınsöndürmə avadanlığı və ləvazimatı

Əl odsöndürücüləri od söndürmə vasitələrinin növünə görə neçə qrupa bölünür?

Yanğınsöndürmə avadanlığı və ləvazimatı

  1. köpüklü
  2. qazlı
  3. Mayeli
  4. Ovuntu (toz)

Köpüklü işləyən ilk əl yanğın söndürücüsü

OXP-10, OP-M, OP-9MM əl yanğın söndürücüsüYanğınsöndürmə avadanlığı və ləvazimatı

Karbon qazı ilə işləyən ilk əl yanğın söndürücüsü

(OU-2, OU-5, OU-8, OU-2MM, OU-5MM) əl yanğın söndürücüsüYanğınsöndürmə avadanlığı və ləvazimatı

Karbon anhidridli etilbromidlə işləyən əl yanğın söndürücüsü

(OUB, OUB-3, OUB-5) əl yanğın söndürücüsüYanğınsöndürmə avadanlığı və ləvazimatı

Tozşəkilli maddə ilə işləyən əl yanğın söndürücü

(OPS-10 növlü) əl yanğın söndürücüYanğınsöndürmə avadanlığı və ləvazimatı

Köpüklü odsöndürücülər hansı yanğınların söndürülməsi zamanı işlədilir?

Köpüklü odsöndürücülər bərk və maye maddələrin yanmasının söndürülməsində işlədilir. Su-köpük məhlulu yanğının güclənməsinə səbəb olduqda və yaxud elektrik cərəyanı keçirdikdə köpüklü od söndürənlərdən istifadə edilməməlidir.Yanğınsöndürmə avadanlığı və ləvazimatı

Qazla işləyən odsöndürücü hansı yanğınların söndürülməsi zamanı işlədilir?

Qazla işləyən odsöndürücülərdən kiçik yanğınları söndürmək üçün istifadə edilir. Oksigensiz davam edən yanmada belə odsöndürücüdən istifadə olunmur. Odsöndürücü vasitə kimi karbon qazından, azotdan və ya başqa inert qazlardan istifadə edilir.Yanğınsöndürmə avadanlığı və ləvazimatı

Hava-köpük OVP-100 odsöndürücüsü

Səyyar hava-köpük OVP-100 odsöndürücüsü konstruksiyasına görə sadə və istismar baxımından etibarlıdır.Yanğınsöndürmə avadanlığı və ləvazimatıBu odsöndürücü 80-90 saniyə ərzində 18 kvadrat metr açıq sahədə yanğın söndürmə qabiliyyətinə malikdir.

Yanğın söndürmək üçün hansı yanğın maşınlarından istifadə olunur?

Əsas yanğın maşınlarına avtosisternavtonasoslar daxildir. Bu maşınlar yanğın dəstəsinin şəxsi heyətini yanğın söndürməyə lazım olan şlankları, avadanlıq, alət və cihazları hadisə yerinə daşıyıb gətirmək üçündür. Avtosisterinavtonasoslarla mərkəzdənqaçma su nasosları və hava-mexaniki köpük hazırlamaq üçün quruluş vardır.Yanğınsöndürmə avadanlığı və ləvazimatıHazırda geniş yayılmış AÜ-30, AÜ-40 və s. tipli avtosisternlər QAZ, ZİL, MAZ, KRAZ  tipli avtomobillərin şassisi üzərində yerləşdirilir. Onların su tutumu 1000…5000 litrdir. Nasosların məhsuldarlığı 25…80 litr/saniyədir. Avtosisternlərdə köpükləndirici tərkib üçün 150 litr həcmində cən qoyulur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Bina və texniki qurğuların ildırımdan mühafizəsi

Bina və texniki qurğuların ildırımdan mühafizəsi

Bina və texniki qurğuların ildırımdan mühafizəsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …