Artıq slayddan göründüyü kimi bugünkü, video dərsimizin mövzusu Windows 7-də dil panelinin bərpası olacaq. Əvvəlcə onu qeyd edim ki, dil paneli Windows 7-də əməliyyat sistemində tapşırıqlar panelinin sağ küncündə yerləşir. Dil paneli bu və ya digər səbəbdən tapşırıqlar panelində olmaya bilər. Buna səbəb kimi virus və ya istifadəçinin öz ehtiyatsızlığı ola bilər. Bu barədə mən əvvəlki video dərsliyimdə toxunmuşdum. Dil panelinin bərpası zamanı istifadə olunan üsulu demişdim. Əgər əvvəlki video dərsliyimdə göstərdiyim üsul sizin köməyinizə çatdısa deməli probleminiz həll olundu. Əgər bu üsulla alınmırsa, deməli üsul 2-dən istifadə etmək zamanı gəlib çatmışdır.
Ətraflı