Ana səhifə / Windows 7 / Windows 7-də dil panelinin bərpası

Windows 7-də dil panelinin bərpası

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Windows 7 əməliyyat sisteminə həsr olunmuş növbəti video dərsliyimdə sizləri salamlayıram. Artıq slayddan göründüyü kimi bugünkü, video dərsimizin mövzusu Windows 7-də dil panelinin bərpası olacaq. Əvvəlcə onu qeyd edim ki, dil paneli Windows 7-də əməliyyat sistemində tapşırıqlar panelinin sağ küncündə yerləşir. Dil paneli bu və ya digər səbəbdən tapşırıqlar panelində olmaya bilər. Buna səbəb kimi virus və ya istifadəçinin öz ehtiyatsızlığı ola bilər. Bu barədə mən əvvəlki video dərsliyimdə toxunmuşdum. Dil panelinin bərpası zamanı istifadə olunan üsulu demişdim. Əgər əvvəlki video dərsliyimdə göstərdiyim üsul sizin köməyinizə çatdısa deməli probleminiz həll olundu. Əgər bu üsulla alınmırsa, deməli üsul 2-dən istifadə etmək zamanı gəlib çatmışdır.Windows 7-də dil panelinin bərpasıBu dəfə biz reyestrə müdaxilə edəcəyik. Növbəti slaydımızda dil panelinin bərpa qaydası haqqında ətraflı yazılmışdır.Windows 7-də dil panelinin bərpasıDil panelini müvəqqəti bərpa etmək üçün klaviaturada Win düyməsi sıxılı vəziyyətdə R hərfi vurulur. Açılan Выполнить adlanan sahədə C:\WINDOWS\system32\ctfmon.exe sətri daxil edilir və Ok vurulur.Windows 7-də dil panelinin bərpasıBu zaman tapşırıqlar panelinə dil paneli əlavə olunur. Bu istifadə etdiyimiz üsul müvəqqətidir. Yəni cari iş zamanı dil paneli ekranda mövcud olacaq. Kompüter yenidən yükləndikdən sonra isə dil paneli tapşırıqlar panelində olmayacaq. Dil panelinin tap bərpası üçün bu dəfə reyestrə tam müdaxilə edəcəyik. Bu uçün yenidən klaviaturada Win düyməsi sıxılı vəziyyətdə R hərfi vurulur. Açılan Выполнить adlanan sahədə regedit sətri yığılır və Ok vurulur.Windows 7-də dil panelinin bərpasıBeləliklə Редактор реестра adlanan xüsusi bir pəncərə açılır. Burada təsvir olunan obyektlər ağacvari struktura malikdir. Hər bir qovluğa müraciət üçün sadəcə onun qarşısında olan + işarəsini vurmağımız kifayətdir. Bu qovluqlar HKEY_LOCAL_MACHINE qovluğuna daxil oluruq. Açılan strukturdan SOFTWARE qovluğunu seçirik. SOFTWARE proqram təminatına cavabdeh olan qovluqdur. Bu qovluğun daxilində çoxlu sayda müxtəlif proqramlara məxsus olan qovluqlar mövcuddur. Həmin qovluqlardan birini Microsoft qovluğunu tapırıq.Həmin qovluğun daxilində olan Windows qovluğuna müraciət edirik. Windows qovluğunun daxilində isə CurrentVersion qovluğunu açırıq.

Windows 7-də dil panelinin bərpası

CurrentVersion qovluğunun tərkibi xeyli sayda ayrı qovluqlardan təşkil olunmuşdur. Bu qovluqlardan yalnız biri Run qovluğu bizə gərəklidir. Açılan pəncərə daxilində yeni fayl yaradıb. Adını ctfmon yazırıq. Sonra həmin faylın üzərində sağ düymə vurulur. Dəyişdirmək əmri seçilir. Və qiymət sahəsində C:\WINDOWS\system32\ctfmon.exe sətri əlavə edilərək Ok düyməsi sıxılır. Pəncərələr tam bağlanaraq kompüterə yenidən yüklənmə əmri verilir. Fayla gedən tam ünvan belədir:
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows 7 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий