Ana səhifə / İlk Yardım Modulu / Elektrik cərəyanından müdafiə üsulları

Elektrik cərəyanından müdafiə üsulları

Paylaşmaq!

Elektrik cərəyanından müdafiə üsulları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Elektrik cərəyanından müdafiə üsulları

Elektrik cərəyanından müdafiə üsulları

Elektrik cərəyanı ilə zədələnmənin hansı xüsusiyyəti mövcuddur?

  1. Elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradan xarici əlamətlər yoxdur. İnsan elektrik cərəyanı ilə zədələnmə təhlükəsinin mümkünlüyünü görmür, eşitmir, iyləyə, yaxud vaxtından əvvəl aşkar edə bilmir;
  2. Elektrik travmaları zamanı əmək qabiliyyətinin itirilməsi bir qayda olaraq uzunmüddətli olur, hətta ölümlə nəticələnə bilər;
  3. Sənaye tezlikli 10-20 mA cərəyanlar əzələlərin intensiv qıcolmasına səbəb ola bilir ki, bunun da nəticəsində cərəyan aparan hissələrə “yapışma” hadisəsi baş verir. Bu zaman insana elektrik cərəyanının təsirindən özü xilas ola bilmir;
  4. Elektrik cərəyanı ilə zədələnmə nəticəsində mexaniki travma almaq mümkündür.

Elektrik cərəyanı ilə zədələnmənin hansı səbəbləri vardır?

  1. Gərginlik altında olan cərəyan aparan hissələrə toxunmaq.
  2. İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı səbəbindən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan aparmayan, lakin cərəyan keçirən hissələrinə toxunmaq;
  3. Addım gərginliyinin təsiri altına düşmək;
  4. Elektrik qurğularının texniki istismar qaydalarının və təhlükəsizlik texnikası qaydalarının pozulması.

Elektrik cərəyanından müdafiə üçün hansı tədbirlərin görülməsi zəruridir?

  • İnsanı elektrik cərəyanı vurduqda ilk növbədə həmin elektrik qurğusunu və yaxud xəttini şəbəkədən ayırmağa çalışmaq lazımdır.

Elektrik cərəyanından müdafiə üsulları

  • Əgər bu mümkün deyilsə zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq lazımdır.
  • Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq üçün onun paltarından (əgər qurudursa və zərərçəkənin bədənindən aralanırsa), məsələn pencək və paltonun ətəyindən, ətrafdakı metal əşyalarla və ya paltarla örtülməyən bədən hissələrinə toxunmamaq şərti ilə tutmaq olar.

Elektrik cərəyanından müdafiə üsulları

  • Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırdıqda mümkün qədər bir əllə hərəkət etmək məsləhətdir.
  • Zərərçəkəni bu hissələrdən ayırmaq çətindirsə, bu zaman naqili quru ağac dəstəyi olan balta ilə və digər izolyasiya olunmuş alətlə kəsib qırmaq lazımdır. Bu zaman yalnız dielektrik əlcəklə və rezin çəkmələrlə işləmək lazımdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar? elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …