Ana səhifə / İlk Yardım Modulu / Mexaniki zədələnmələrdə ilk yardım

Mexaniki zədələnmələrdə ilk yardım

Paylaşmaq!

Mexaniki zədələnmələrdə ilk yardım elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Mexaniki zədələnmələrdə ilk yardım

Mexaniki zədələnmələrdə ilk yardım

Açıq yaralanmada ilk yardım kimi hansı tədbirlərin görülməsi zəruridir?

Hər bir açıq yaralanmada ilk növbədə qanaxma saxlanmalı, yaraya mikrob daxil olmaması üçün o təmiz parça, yaxud tənziflə örtülməlidir. Sonra ağrının zəifləməsi üçün soyuq kompress etmək, yara ətrafını təmizləyib, yod və ya spirtlə silmək lazımdır. Kiçik yaraya leykoplastr qoyulmalı, böyük yara isə sarınmalıdır.

Mexaniki zədələnmələrdə ilk yardım

Əl və ya ayaq yaralanarsa ilk yardım kimi hansı tədbirlər görülə bilər?

Mexaniki zədələnmələrdə ilk yardımƏl və ya ayaq yaralanarsa, onu təmizləyib dərmanlayandan sonra sıx bağlamaq lazımdır. Sarğı qana bulanarsa, onu təkrar sarımaq lazımdır. Tənzif lenti vasitəsilə əli, yaxud qolu bağladıqda sarğı aşağıdan yuxarı, yəni barmaqlardan bədənə döğru olmalıdır. Əgər barmaqlar zədələnməyibsə, onları sarğıdan kənarda saxlamaq məsləhətdir. Çox sıx bağlanmış sarğı qan dövranını zəiflədir və güclü ağrıya səbəb olur. Bərk bağlanan sarğıda dırnaqlar sürməyi, yaxud ağ rəng olur. Bu zaman dırnaqlar çəhrayı rəng alana kimi sarğı boşaldılmalıdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar? elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …