Ana səhifə / Adobe Fhotoshop / Qatın (layerin) döndərilməsi

Qatın (layerin) döndərilməsi

Paylaşmaq!

Bugünkü, elektron  dərsimizin əsas mövzusu Qatın (layerin) döndərilməsi olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qatın (layerin) döndərilməsi

Qatın (layerin) döndərilməsi

Əvvəlki elektron dərsliyimdə qeyd etmişdim ki, Photoshop proqramında bir qatın ölçüləri olmadığı üçün onun ölçülərini dəyişmək olmaz. Eyni zamanda nəzəri olaraq döndərmək də olmaz. Lakin bu nəzəri olaraq belədir. Əlbəttə hər hansı bir qatın döndərilməsi üçün proqram bəzi imkanları istifadəçiyə təklif edir. Qatın döndərilməsi-bu qarşılıqlı anlaşmanı asanlaşdıran bir cümlədir. Davam edən proseslərin reallığı ilə heç bir əlaqəsi yoxdur. Odur ki, Photoshop proqramının əsas qaydalarını izah etməyi vacib bilirəm. Əslində Photoshop proqramı yalnız qatın cari məzmununu döndərir! Deyək ki, yeni sənəd yaradıb daxilinə hər bir şəkil əlavə etdiniz. Gördüyümüz kimi yeni əlavə olunan təsvir ayrıca qatda yerləşdirilmişdir. Bununla da həmin qat (layer) üzərində döndərmək daxil olmaqla hər şeyi edə bilərik.Qatın (layerin) döndərilməsi

Gördüyümüz kimi mənim nümunəmdə yeni şəkil yaradılmış sənəddən daha böyükdür. Ancaq bu problem deyil. Əvvəlki elektron dərsliyimdə layerin ölçüsünü necə dəyişmək olar kimi materialı ilə artıq tanışıq. Qatın ölçüsünü dəyişmək və ya döndərmək üçün Редактирование menyusuna daxil olub Свободная Трансформация sətrini seçməliyik. Bunu klaviatura düymələrinin köməyi ilə yerinə yetirmək istəsək Ctrl+T düymələrini sıxmalıyıq. Beləliklə, döndərmək istədiyiniz obyektin qatının Layers palitrasında aktiv olduğundan əmin olun. Nümunəmdə Ctrl + T düymələrini basdıqdan sonra tülkü ətrafında bir məhdudiyyət qutusu görünür. Yeri gəlmişkən, çərçivə baxış yerinə sığmırsa, onda Ctrl  — (mənfi) düymələrini basaraq bu sahənin miqyasını azalda bilərik.Qatın (layerin) döndərilməsiİndi ölçüsünü azaltmaq üçün çərçivənin içərisindəki sağ alt küncdəki qolu çəkməliyik. Bu halda, eni və hündürlüyünün ölçüləri mütənasib olaraq dəyişməsi üçün Shift düyməsini basıb saxlamalıyıq. Təsvirin ətrafındakı çərçivə aktivləşdirildiyi müddətcə sənəd ətrafında hərəkət etdirilə bilər.

Qatın (layerin) döndərmə üsulları

Təsvirn ölçüləri bizi qane etdikdən sonra onu döndərməyə başlaya bilərik.

Üsul 1. Manuel rejimdə qatın döndərilməsi

Bu əməliyyatı icra etmək üçün siçanın göstəricisini qatın (layerin) istənilən küncünə yaxınlaşdırın. Çalış bir qədər çərçivədən uzaq tutasınız. Düzgün yerinə yetirildiyi təqdirdə siçan göstəricisi əyri bir ox şəklində olacaqdır. Bu çərçivənin məzmununun dönməyə hazır olması deməkdir.Qatın (layerin) döndərilməsi

Siçanın sol düyməsini basın və düyməni sərbəst buraxmadan əlinizi gəzdirməyə başlayın. İstədiyiniz fırlanma bucağını əldə etmək üçün hansı istiqamətə getməli olduğunuzu tezliklə anlayacağıq.Qatın (layerin) döndərilməsi

Əslində şəkil mərkəzdə fırlanmağa başlayacaq. Döndərmək prosesini dayandırmaq üçün siçanın sol  düyməsini buraxırıq. Dəyişiklikləri tətbiq etmək üçün Enter düyməsini və ya Свободной трансформации seçimlər sahəsində OK düyməsini vururuq.

Üsul 2. Avtomatik rejimdə qatın döndərilməsi

Bu üsul görüntünün müəyyən bir dərəcədə məsələn, 45 dərəcə və daha dəqiq döndərilməsi üçün lazım olduqda yerinə yetirilir.Qatın (layerin) döndərilməsi Bunu etmək üçün Свободной трансформации əmrini çağırdığınız zaman seçimlər sahəsinə diqqətlə baxın.

Beləliklə biz Qatın (layerin) döndərilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …