Ana səhifə / Adobe Fhotoshop / Qatların bir-biri ilə bağlanması

Qatların bir-biri ilə bağlanması

Paylaşmaq!

Qatların bir-biri ilə bağlanması bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qatların bir-biri ilə bağlanması

Qatların bir-biri ilə bağlanması

Bu əməliyyat nə vaxt faydalıdır?

Adobe Photoshop proqramında qatları (layerləri) birləşdirmək, müxtəlif qatlardakı elementlərin cari tənzimlənməsini bütöv bir hala gətirmək üçün istifadə olunur. Bu vəziyyətdə bütün elementləri bir qata (layerə) birləşdirməkdən danışmırıq. Həmin elementlər ayrı-ayrı qatlarda mövcud olmağa davam edirlər.Qatların bir-biri ilə bağlanmasıDeyək ki, bir neçə elementdən ibarət kollaj hazırlayırıq. Məsələn, Hal-hazırda kollajda 4 element istifadə edilib. (Portağal, ağız, sol və sağ əl). Nəticədə hər qat (layer) öz yerində bir-birinin üstündə yerləşdirilmişdir. Gördüyümüz kimi belə bir kompozisiya yaratdıq. Ancaq şəkli başqa yerə köçürməyə ehtiyac ola bilər. Bu zaman elementlərin nisbi yerləşdirilməsini təsadüfən pozmamaq üçün layerlər bir-birinə bağlaya bilərik. Photoshop-da qatları (layerləri) birləşdirmək üçün Layers palitrasında bütün lazımi qatları (layerləri) seçməliyik. Sonra isə aşağıdakı üsullarla qatları bir-birinə bağlamaq olar.

Qatların bir-biri ilə bağlanması

  1. Layer (Слои) menyusuna daxil olub Layers Link (Связать слои) sətri seçilməlidir.
  2. Layer palitrasının altındakı zəncir simgəsini vurmalıyıq;
  3. Seçilmiş hər hansı bir qata siçanın sağ düyməsin vurun və kontekst menyudan Qatları bağlamaq (Связать слои) sətrini seçin;
  4. Layer palitrasının menyusunu açırıq və Qatları bağla (Связать слои) əmrini seçin.

Bundan sonra hər bir bağlı qatın sağ tərəfində bir zəncir işarəsi görünəcəkdir. İndi bütün əlaqəli qatları seçmək lazım deyil, sadəcə hər hansı birinə vurub hərəkət etdirməyə başlasaq, o vaxt qalanları eyni zamanda hərəkət edəcəkdir. Beləliklə, qatların (layerlərin) heç biri nisbi mövqelərini itirməyəcəkdir.

Bağlı qatların digərlərinə təsiri olmadan necə hərəkət etdirmək olar?

Deyək ki, hər hansı bir qatın mövqeyini dəyişdirmək lazımdırsa və əlaqəli olanlar qrupuna daxildirsə, onda iki metoddan birini istifadə edə bilərik.

  1. 1.Ctrl düyməsini basıb saxlayırıq və tələb olunan qatın kiçik şəkli üzərində siçanın sol düyməsini bir dəfə vururuq. Nəticədə layerin (qatın) ətrafında seçim yaranacaqdır. Bundan sonra Yerdəyişmə (Move Tool) alətindən istifadə edərək bu elementin hərəkətinə başlaya bilərik. Belə ki, bağlantıdan müvəqqəti olaraq asanlıqla ayrılacaq və digər qatlara (layerlərə) təsir etmədən hərəkət edəcəkdir. Seçimi Ctrl + D ilə ləğv edəriksə, o zaman layer (qat) əvvəlki rejimə qayıdacaq.
  2. Shift düyməsini basıb saxlayaraq birbaşa qatın (layerin) özündə çəkilmiş zəncir simgəsinə vururuq. Beləliklə əlaqənin müvəqqəti söndürülməsinin siqnalizatoru kimi simgənin qırmızı rəngli bir işarəsi görünməlidir.

Beləliklə biz Qatların bir-biri ilə bağlanması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …