Ana səhifə / Adobe Fhotoshop / Qatlar üçün rəng qeydinin yaradılması

Qatlar üçün rəng qeydinin yaradılması

Paylaşmaq!

Qatlar üçün rəng qeydinin yaradılması bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qatlar üçün rəng qeydinin yaradılması

Qatlar üçün rəng qeydinin yaradılması

Qatlar üçün rəng qeydinin yaradılması nə üçün əhəmiyyətlidir?

Adobe Photoshop proqrmamında kompleks bir layihə ilə işləyərkən çoxlu qatlar (layerlər) yaratmaq məcburiyyətində qalırıq. Bu isə sonradan Layers palitrasında istənilən qatı (layeri) tapmaqda problemlər yaradır.Qatlar üçün rəng qeydinin yaradılmasıBu zaman biz ayrı-ayrı qatları (layerləri) ya qruplaşdırmalı, yadakı adlarını dəyişməliyik. Ancaq bu da kifayət deyil, çünki çox zaman işi sürətləndirmək və istənilən elementi mümkün qədər tez tapmaq istəyirik. Bu məqsədlə Adobe Photoshop proqramında qatlar üçün rəng qeydlərinin yaradılması funksiyasından istifadə etsək daha yaxşı məhsuldarlıq əldə edə bilərik. Məhz bu funksiyanın köməyi ilə Layers palitrasında olan qatlara daha çox diqqət yetirməyə imkan verir. Təəssüf ki, etiket üçün rəng seçimi böyük deyil. Yalnız 7 seçim. Öz rənginizi tapmaq üçün heç bir fürsət yoxdur. Buna görə qırmızı, narıncı, sarı, yaşıl, mavi, bənövşəyi və boz rənglərdən istifadə edə bilərik.

Qatlar üçün rəng qeydləri necə yaradılır?

Adobe Photoshop proqramında bir qat üçün rəng qeydini yaratmaq çox asandır. Bunu etmək üçün göz işarəsinin göstərildiyi sahə üzərində siçanın sağ düyməsini bir dəfə vurun.Qatlar üçün rəng qeydinin yaradılması7 rəngdən 1-i seçə biləcəyiniz bir kontekst menyu görünəcəkdir. Əks proses eyni qaydada görülür. Yalnız rəng əvəzinə Rəng yoxdur seçmək lazımdır.

Beləliklə biz Qatlar üçün rəng qeydinin yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …