Ana səhifə / Adobe Fhotoshop / Su təsvirin yaradılması

Su təsvirin yaradılması

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Su təsvirin yaradılması olacaq.
Odur ki, yeni boş vərəqin yaradılması üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə N hərfini vurmalıyıq.Su təsvirin yaradılmasıAçılan New dialoq boksunda Width-En sahəsində 500 piksel, Height-hündürlük sahəsində isə 500 piksel yazılaraq Ok düyməsini sıxırıq. Beləliklə yeni boş vərəq yarandı. Növbəti əməliyyatımız rəng palitrsında rəngin seçimi ilə bağlı olacaq.Su təsvirin yaradılması Sonra isə menyunun Filter bəndinə müraciət edirik. Açılan menyudan əvvəlcə Render sonra isə Clouds sətri üzərində bir dəfə klik edirik.Su təsvirin yaradılmasıYenidən menyunun Filter bəndinə müraciət edirik.Açılan menyudan əvvəlcə Distort sonra isə Glass əmri üzərində siçanın göstəricisi ilə bir dəfə vurulur.Su təsvirin yaradılması

Su təsvirin yaradılması

Glass adlanan pəncərədə bir sıra göstəriciləri tənzimləmək lazımdır.Su təsvirin yaradılmasıBelə ki, pəncərənin Distortion sahəsində 16, Smoothness sahəsində 7, Scaling sahəsində isə 164% yazıb Ok düyməsini sıxaraq əməliyyatı təsdiq edirik. Gördüyümüz kimi su təsvirinin ağ-qara variantı alındı. Bu təsvirə hər hansı bir rəng vermək üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə B hərfi vurulur. Bu əməliyyat Color Balance adlanan pəncərənin yaranmasına səbəb olur ki, bunun vasitəsilə təsvirimizə rəng vermək olar. Color Balance pəncərəsindəki göstəricilərimizi şəkildəkı tənzimləməliyik.Su təsvirin yaradılması Beləliklə biz Photoshop proqramında Su təsvirin yaradılması mövzusu ilə tanış olduq.Su təsvirin yaradılması Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …

Добавить комментарий