Ana səhifə / Bakı Bulvarı / Bakı Su İdmanı Sarayı

Bakı Su İdmanı Sarayı

Paylaşmaq!

«Bakı 2015» I Avropa Oyunları zamanı yarışların keçirildiyi məkanlardan biri də Bakı Su İdmanı Mərkəzidir.
2012-ci ilin dekabrında layihəsi hazırlanan idman qurğusunun tikintisinə 2013-cü ilin yanvarından başlanılıb. Bakı Su İdmanı SarayıQurğunun dizayn və arxitekturası Koreya və İspaniya şirkətləri tərəfindən işlənilib. Uzunluğu 220 metr, eni isə 150 metr olan binanın hündürlüyü 35 metrdir. Bina bütün standartlara uyğundur və azı 50 il istifadə edilə biləcək.
İdman qurğusu 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif ölçülərdə olmaqla 3 su hovuzu yerləşir. Əsas hovuz üzgüçülük və sinxron üzgüçülük üçün nəzərdə tutulub. Uzunluğu 50 metr, eni 25 metr olan hovuzda 3 200 000 litr su var. İlk mərtəbədə yerləşən digər hovuzdan isə suyatullanma zamanı istifadə ediləcək. Hovuzun kənarında 1 metr, 3 metr, 5 metr, 7.5 metr və 10 metr hündürlükdən suya tullanma platformaları quraşdırılıb. Sözügedən hovuzun uzunluğu 25 metr, eni 20 metr, dərinliyi isə 5 metrə qədərdir.
Həmin mərtəbədə məşq üçün hovuz da fəaliyyət göstərəcək ki, idmançılar hazırlıqlarını burada keçə biləcək. Məşq hovuzu 2 hissədən ibarətdir. 51,5 metr uzunluğu və 25 metr eni olan bu hovuzun kiçik hissəsinin dərinliyi dəyişkəndir. Ümumilikdə hovuzun dərinliyi 2 metrdir.
Arenada yarışları 6000 tamaşaçı canlı izləyə bilər. Qurğunun 2-ci və 3-cü mərtəbəsində tribunalar quraşdırılıb. Buraya həm tamaşaçılar, həm də media nümayəndələri və VİP qonaqlar daxil ola bilərlər. Üstəlik, əlillərin yarışları izləməsi üçün xüsusi yerlər də ayrılıb.

Bakı Su İdmanı Sarayı

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Milli Parkda Avropa zeytunu ağacı

Milli Parkda Avropa zeytunu ağacı

Bu ağacın hündürlüyü 14 metrə çatır. Bu cür Avropa zeytunu (Olea Europa Esem Plare ) ağaclarının ömrü 500 ilə qədərdir. Videodan da göründüyü kimi Milli Parkda olan bu tipli ağaclara xüsusi qulluq göstərilir. Ətrafı daimi yaşıllaşdırılır. Güllərlə dairəvi formada bəzədilib. Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacı haqqında onu deyə bilərəm ki, bu ağac zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid həmişəyaşıl subtropik ağac bitkisi sayılır.

Добавить комментарий