Ana səhifə / Bakı Bulvarı / Mirvari gəmisi sahilə yaxınlaşır

Mirvari gəmisi sahilə yaxınlaşır

Paylaşmaq!

Mirvari gəmisi sahilə yaxınlaşırBakı bulvarı genişləndirildikdən sonra onun ərazisi artıq 16 km-ə çatıb. Paytaxta gələn qonaqlar 16 km sahəsi olan bulvarda — Bakı Ağ şəhər Bulvarındakı “Bulvar Hotel” dən başlayıb Bakı Kristal Zalı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazidə istirahət edə bilərlər.
Türkiyənin İstanbul şəhərində hazırlanan gəmi bulvar ərazisindəki ən nəhəng gəmidir. Bulvar idarəsinə məxsus sayca 3-cü olan bu gəmi elə 3 mərtəbədən də ibarətdir. Gəminin eni 11, uzunluğu 47 metrdir. Gəmidə sərnişinlərin tam təhlükəsiz daşınması üçün bütün lazımı tədbirlər görülüb. Gəmi hər hansı bir bədbəxt hadisə baş verərsə sərnişinlərin təhlükəsizliyi üçün xilasedici geyimlərlə, eləcə də yanğından mühafizə sistemi ilə təchiz olunub.
Mirvari adlı gəmi ən muasir avadanlıqlarla təchiz olunub, gəmidə sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Gəminin içində fast food adlanan şöbə var ki, burada yüngül tez hazırlanan yeməklər və sərnişinlərə müxtəlif sərinləşdirici içkilərlə də xidmət göstərilir. Qiymətlərsə münasibdir yəni 3 manatdır.
Amma 5 yaşına qədər uşaqların bu gəmi ilə gəzintisi onlara pulsuz başa gəlir.

Mirvari gəmisi sahilə yaxınlaşır

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Milli Parkda Avropa zeytunu ağacı

Milli Parkda Avropa zeytunu ağacı

Bu ağacın hündürlüyü 14 metrə çatır. Bu cür Avropa zeytunu (Olea Europa Esem Plare ) ağaclarının ömrü 500 ilə qədərdir. Videodan da göründüyü kimi Milli Parkda olan bu tipli ağaclara xüsusi qulluq göstərilir. Ətrafı daimi yaşıllaşdırılır. Güllərlə dairəvi formada bəzədilib. Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacı haqqında onu deyə bilərəm ki, bu ağac zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid həmişəyaşıl subtropik ağac bitkisi sayılır.

Добавить комментарий