Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Corel Draw X6 proqramında yeni sənədin yaradılması

Corel Draw X6 proqramında yeni sənədin yaradılması

Paylaşmaq!

Corel Draw pəncərəsinin elementləri bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw X6 proqramında yeni sənədin yaradılması

Corel Draw X6 proqramında hansı üsullarla yeni sənəd yaratmaq olar ?

Üsul 1

Welcome (Приветствие) dialoq pəncərəsi bir neçə əlavədən ibarətdir, bu əlavələrin də qısa yolu pəncərənin sağ tərəfində yerləşib. Susma halına görə Quick Start (Быстрый запуск) əlavəsi aktiv olur. Buradan da New Blank Document (Создать пустой документ) və ya New From Template (Создать из шаблона) ilə yeni boş və ya şablon əsasında fayl yaratmaq mümkündür.

Quick Start (Быстрый запуск) əlavəsinin köməyi ilə yeni sənəd yaratmaq.Corel Draw X6 proqramında yeni sənədin yaradılması

Üsul 2.

New Blank Document (Создать новый документ) simgəsini sıxmaq lazımdır. Bu zaman belə bir görüntü alınacaq.Corel Draw X6 proqramında yeni sənədin yaradılması

Üsul 3

Klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə N hərfini vurmaql aşağıdakı pəncərə yaranacaq. Təsdiq üçün OK düyməsi sıxılır.Corel Draw X6 proqramında yeni sənədin yaradılması

Beləliklə biz Corel Draw X6 proqramında yeni sənədin yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …