Ana səhifə / Dizayn modulu-1 kurs / Konstruktor qrafikası haqqında məlumat

Konstruktor qrafikası haqqında məlumat

Paylaşmaq!

Konstruktor qrafikası haqqında məlumat bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Konstruktor qrafikası haqqında məlumat

Konstruktor qrafikası haqqında məlumat

Konstruktor qrafikasının yaradılmasında məqsəd nədir?Konstruktor qrafikası haqqında məlumat

Konstruktor qrafika mühəndislərin, memarların, yeni texnologiya ixtiraçılarının işində istifadə olunur. Kompüter qrafikasının bu növü avtomatlaşdırılmış layihələndirmə (computer-aided design, CAD) sistemlərinin başlıca elementidir və mühəndis-konstruktorlar tərəfindən istifadə edilir.

Konstruktor qrafikasından harada istifadə olunur?

CAD sistemlərində qrafikadan layihələndirilən qurğuların texniki sxemlərinin hazırlanmasında istifadə olunur. Hesablamalarla əlaqəli qrafika əyani formada optimal konstruksiyanın, detalların ən münasib tərtibatının axtarışını aparmağa, konstruksiyadakı dəyişikliklərin nəticələrini proqnozlaşdırmağa imkan verir. Konstruktor qrafikası vasitəsilə istər ikiölçülü (proyeksiyalar, kəsiklər), istərsə də üçölçülü fəza görüntüləri almaq mümkündür.

Beləliklə biz Konstruktor qrafikası haqqında məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Piksel ölçüləri və çap

Piksel ölçüləri və çap

Piksel ölçüləri və şəklin keyfiyyətinə təsirlərindən bəhs etdiyimiz vəziyyətləri ayırmaq vacibdir. Monitor ekranındakı şəkillərə baxarkən piksel ölçülərinin həmişə eyni olduğunu görürük.