Ana səhifə / Adobe Fhotoshop / Əməliyyatı necə təkzib etmək olar?

Əməliyyatı necə təkzib etmək olar?

Paylaşmaq!

Əməliyyatı necə təkzib etmək olar? bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Əməliyyatı necə təkzib etmək olar?

Əməliyyatı necə təkzib etmək olar?

Rəqəmsal qrafika ilə işləyərkən hər hansı səhv bir hərəkəti təkzib etmək mümkündür. Photoshop proqramı istənilən bir əməliyyatı tez bir şəkildə geri qaytarmaq üçün müxtəlif üsullara sahibdir. Bütün bu üsullar bu məqalədə müzakirə olunacaq.

Klaviatura vasitəsilə əməliyyatı necə təkzib etmək olar?

Əməliyyatı necə təkzib etmək olar?

Hesab edirəm ki, kompüterdə mətn sənədləri ilə işləyən istifadəçi demək olar ki, hər kəs bu düymə birləşməsini bilir. Bu əvvəlki əməliyyatı geri qaytaran standart bir sistem əmridir. Demək olar ki, hər hansı bir proqramda və redaktorda işləyir.

Nümunə olaraq demək istəyirəm ki, əgər mətn sənədlərində CTRL+Z əməliyyatını ixtiyari sayda vurmaqla əməliyyatı yerinə yetirmək mümkündürsə, Photoshop proqramında isə bu sadəcə bir əməliyyatı təkzib edəcək.

Beləliklə bu birləşmə yalnız bir səhv hərəkəti ləğv edir və ikinci dəfə tətbiq etdikdə hər şeyi öz yerinə qaytarır.

Əməliyyatın təkzibinin ikinci üsulu hansıdır?

Bunun üçün klaviaturada bir neçə klavişləri yanaşı sıxmaq lazımdır. Bizim üsulda bu Ctrl+Alt+Z düymələri olacaq. Bu əməliyyat bir addım geriyə qaytarır. Bunu menyu əmri ilə icra etmək istəsək, onda Redaktə — Geri addım (РедактированиеШаг назад) sətri seçilməlidir.

Əməliyyatı necə təkzib etmək olar?

Susma vəziyyətinə görə Photoshop proqramı etdiyiniz son 20 əməliyyatı yadda saxlayır. Yəni Ctrl + Alt + Z kombinasiyasına 20 dəfə sıxmaq olar. Amma bunu asanlıqla fotoşopun ayarlarında dəyişdirmək olar. Bunun üçün RedaktəQuraşdırmalarMəhsuldarlıq (РедактированиеУстановки Производительность) əmri seçilir. Açılan pəncərədə Fəaliyyət tarixçəsi sahəsində 1-dən 1000-ə qədər olan hər hansı bir dəyəri təyin edə bilərik.

Əməliyyatı necə təkzib etmək olar?

Əməliyyatın təkzibinin üçüncü üsulu hansıdır?

Bildiyimiz kimi Tarix palitrası bir şəkil işləmək üçün bütün əməliyyatları bu palitrada qeydə alır və hər birini ayrı bir sətirdə göstərir. Bu  belə görünür.

Əməliyyatı necə təkzib etmək olar?

Bu nümunədə fırça alətini dəfələrlə istifadə etdim. Bu istifadələrin hər biri ayrıca bir əməliyyat kimi göstərilir. Alətin adı ilə etiketlənir. Əvvəlki metodda olduğu kimi susma vəziyyətinə görə Tarix palitrası son 20 əməliyyatı göstərir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Corel Draw proqramında xətlərin çəkilməsi

Corel Draw proqramında xətlərin çəkilməsi

Bunun üçün göstəricini işçi sahənin boş hissəsində yerləşdirək və siçandan əlimizi çəkək. Daha sonra göstəricini düz xəttin son nöqtəsinin yerini təyin etdikdən göstəricinin ardınca düz xətt çəkilmiş olacaq. Yenidən siçanı aktivləşdirsək, işçi sahədə başlanğıc və son nöqtələri təyin olunmuş düz xətt alınacaq.