Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Snap to Grid (Привязка к сетке)

Snap to Grid (Привязка к сетке)

Paylaşmaq!

Snap to Grid (Привязка к сетке) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Snap to Grid (Привязка к сетке)

Snap to Grid (Привязка к сетке)

Obyektlərin bir-birinə necə bağlamaq olar?

Bəzən müəyyən sayda obyekyləri bir-birinə “bağlamaq» tələb olunur. Düymələrin hər biri obyektlərin bir-birinə bağlanması üçün müəyyən bır funksiyanı yerinə yetirir.

  • Snap To Grid (Привязка к сетке) Tora Bağlanma
  • Snap To Guidelines (Привязка к направляющим) İstiqamətləndiriciyə bağlanma
  • Snap To Objects (Привязка к объектам)Digər obyektlərə bağlanma

Obyektləri necə əlaqələndirmək olar?

CorelDraw proqramında tor, istiqamətləndiricilər və obyektlərin birgə hərəkəti üçün Snap to (Привязка к) panelindən istifadə edilir. Bu zaman çəkilən obyektləri dartdıqca onun kənarında sərhədlərini görmək mümkündür.Snap to Grid (Привязка к сетке)

Snap To Grid (Привязка к сетке) — Tora bağlanma

Bu əmr obyektləri ən yaxın torun düyün nöqtəsinə üfüqi və şaquli formada əlaqələndirmə rejimini aktiv və deaktiv edir. Bu rejim obyektlərin ölçülməsinin ölçü xətləri vasitəsilə aparılması üçün xüsusi olaraq əhəmiyyətlidir. Bu proses zamanı ölçü xətləri obyektin başlanğıc və son nöqtəsinə doğru dartılır.

Snap to Grid (Привязка к сетке) əmrini icra etmək olar.

Snap to Grid (Привязка к сетке) aşağıda sadalananları çıxmaq şərtilə torun hər bir düyün nöqtəsində manipulyatorun göstəricisini dayanmağa məcbur edir:Snap to Grid (Привязка к сетке)

  • Obyektlərin seçilməsi və atributlarının surətinin çıxarılması;
  • Freehand Tool (Свободная форма) rejimində və ya Bezier (Безье) ilə əyrinin çəkilməsi;
  • Artistic Media (Художественное оформление) alətinin köməyilə obyektlərin çəkilməsi.

Beləliklə biz Snap to Grid (Привязка к сетке) mövzusu ilə tanış olduq. Sonda qeyd etmək istəyirəm ki, elektron dərslik müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …