Ana səhifə / Elektron dərsliklər / Çap vasitələri haqqında məlumat

Çap vasitələri haqqında məlumat

Paylaşmaq!

Çap vasitələri haqqında məlumatSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Çap vastələrinin ilk nümunələri yazı makinaları sayılır. Yazı makinası-manivella sistemi ilə hərəkət etdirilən, ən qabarıq həriflərin köməyi ilə mətnin çap olunması üçün nəzərdə tutulan cihazdır. Müxtəlif ölkələrdə yazı makinasının yaradılması üzərində çoxlu ixtiraçılar işləmişlər.

Çap vasitələri haqqında məlumat

Çap vasitələri haqqında məlumat

Yazı makinasına birinci patenti 1714-cü ildə ingilis ixtiraçısı Q.Mill aldı. 1867-ci ildə K.Şols, S.Şule və K.Qdidden (ABŞ) tərəfindən bağlı şriftli yazı makinası  yaradıldı. Bunun əsasında 1873-cü ildə Reminqton firmasi yazı makinalarına seriya buraxlışına basladı. 1903-cü ildə Undervud (ABŞ) firması müasir yazı makinalarını işləyib hazırladı. «Yanalif» tipli birinci sovet yazı makinası 1928-ci ildə seriya buraxlışına başladı. 1932-ci ildə Sank Peterburqda Leninqrad yazı makinası, 1936-cı ildə Moskvada «Moskva» tipli yığcam yazı makinası buraxıldı. Hal-hazırda müxtəlif markalı mexaniki və elektromexaniki yazı makinalarının 50-dən çox modeli buraxılır. Moskva Ukraina, Başkiriya Yataran, Aniqel, Optika, Optikoelektrik, Daro, Robatron 2002, Triumor, Olimpia, Adler  (Almaniya), konsul (Çexoslavakiya), Matritsa Çap vasitələri haqqında məlumat(Bolqariya), Olivetto (İtaliya), və başqaları. Yazı makinası təxminən 2500 müxtəlif detaldan təşkil olunan mürəkkəb aparatdır. Yazı makinaları təyinatına görə aşağıdakı tiplərə bölünür: (DS 8274-78) stasionar (hərəkətsiz) mexaniki dəftərxana yazı makinaları, elektromexaniki dəftərxana yazı makinaları. Daşına bilən, yığcam elektromexaniki yazı makinası, kiçik həcmli mexaniki qaydada və elektriklə olur. Dəftərxana yazı makinalarından makinada yazı bürolarını, katibin iş yerinə və dəftərxanada təchiz etmək üçün istifadə olunur. Elektromexaniki yazı makinalarında çap sürəti mexaniki yazı makinalarına nisbətən 25% çoxdur. Onlarla işləmək makinaçının fiziki qüvvəsinə 95% qənaət edir. Yığcam yazı makinaları özünün kiçik ölçüsünə və çəkisinə görə şəxsi istifadə üçün əlverişlidir.onlardan böyük olmayan müəssisələrdə və istənilən şəraitdə istifadə olunur. Yığcam makinalarda barabanın ölçüsü 24sm-dən 43 sm-ə qədərdir. Mümkün yazı sürəti dəqiqədə 400-500 zərbədir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır  

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий