Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Şüurlu davranış qabilliyyətinə malik maşın qurmaq cəhdləri Amerika fikir tarixinin ən görkəmli şəxsiyyətlərindən biri sayılan MTİ professoru Norbet Vinerin ideyalarindan ilham almışdır. Norbert Viner 1894-cü ildə Kolumbiya şəhərində (Missuri ştatı) anadan olmuşdur. Atası ştatın universitetində müasir dillər professoru vəzifəsində işləmişdir. Norbert əsl underkind idi. O, 3 yaşında oxumağa başlamış, 11 yaşında kollecə daxil olmuş, 18 yaşında Harvard universitetində riyaziyyat və fəlsəfənin qovuşduğu sahə üzrə dissertasiya müdafiə edərək doktor adına layiq görülmüşdür. Viner müxtəlif dillərdə danışa bilirdi. Riyaziyyatdan başqa, bir çox sahələrdə də geniş biliyə malik idi. Bura neyropsixologiya, tibb, fizika və elektronikanı da aid etmək olar.
İntellektin tədqiqatçısı
Müharibənin sonuna yaxın Viner əks əlaqə ideyasına o qədər aludə oluşdu ki, bu ideya əsasında həm maşın, həm də insan şüuru nəzəriyyələrini işlədi. Viner sübut edirdi ki, bütün canlilar ətraf mühitə məhz əks əlaqəyə görə uyğunlaşır və məqsədlərinə çatırlar. Onun dediyinə görə, “şüurlu” maşınlar da müəyyən məqsədlər güdmək, uyğunlaşmaq, başqa sözlə, öyrənmək qabiliyyətinə malik olmalıdır.
Bu dövrdə başqa alimlər də başa düşdülər ki, hesablama maşını yaradanlar bioloqlardan nəyisə öyrənə bilərlər. Onların arasında Viner kimi maraq dairəsi çox geniş olan neyrofizioloq və həvəsgar şair Uorren Makkalloh da var idi. 1918-ci ildə Pensilvaniyadakı Heverford kollecinin birinci kursunda oxurarkən imtahan zamanı professor ondan soruşur:
- Uorren, sən nəçi olmaq istəyirsən?
- Bilmirəm,-deyə Makkalloh səmimi cavab verir.
- Bəs nə ilə məşğul olmaq istəyirsən?-deyə professor əl çəkmir.
Mənim qardaşım, -deyə professor yumşaq bir təbəssümlə dillənir,- sən bütün ömrünü bu axtarışlarda keçirəcəksən. Çox keçmədi ki, peyğəmbərcəsinə deyilmiş bu fikir həyata keçməyə başladı. Bir müddətdən sonra o, görkəmli riyaziyyatçı Uolter Pittslə birlikdə insan beyninin fəaliyyətinin nəzəriyyəsini işlədi. Kompüterin funksiyası ilə beynin əhəmiyyətli dərəcədə uyğun olması fikri də məhz bu nəzəriyyə əsasında yaranmışdı.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır