Ana səhifə / Elektron dərsliklər / Word mətn redaktoru və tətbiq sahəsi

Word mətn redaktoru və tətbiq sahəsi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Word mətn redaktoru Microsoft Office paketinə daxildir. Yəni Microsoft Office 4.3 paketinə Word 6, Microsoft Office 95 paketinə Word 95, Microsoft Office 97 paketinə Word 97, Microsoft Office 2000 paketinə isə Word 2000, Microsoft Office XP paketinə isə Word 2002, Word 2003 daxildir. Word mətn redaktoru Windows mühitində işləyir və müasir mətn redaktorlarına aid olan bütün funksiyaları yerinə yetirə bilir.

Word mətn redaktoru və tətbiq sahəsiWord mətn redaktoru və tətbiq sahəsi

Məsələn, mətnin redaktəsi, simvolların əlavə edilməsi, silinməsi, yerdəyişməsi, müxtəlif ölçülü çox sayda şriftlərin istifadəsi, orfoqrafik və sintaksis səhvlərin yoxlanmasi və düzəldilməsi, qrafikadan istifadə edilməsi, cədvəl və diaqramlarla işləmə rejimini, həmçinin çap edilməni və s. göstərmək olar. Mətn redaktorlarının hamısının, eləcə də Word-ün əsasını mətnlə iş təşkil edir. Yalnız proqramlardan asılı olaraq xidməti imkanlar müxtəlif olur. Məsələn, Word 97-də qrafik imkanlar Word 95-ə nisbətən üstündür və yəni (3 ölçülü) qrafik imkanlardan istifadə edilir. Ona görə də Word 97-də qrafika və səkillə, həmçinin cədvəllə is rejimləri genişləndirilib. Word 97-dən başlayaraq hipermətnli sənədlər, internet üçün sənədlərlə işləmək imkanları mətn redaktorunun əsas funksiyaları siyahıya əlavə edilib. Bundan əlavə, Word 97-də əvvəl qeyd etdiyimiz kimi, yeni UNICODE formatlı şriftlərdən istifadə olunur. Mətn redaktoru, xüsusilə Word redaktoru indi geniş istifadə edilir. Bu, istənilən formalı mətnin yığılması, sənədlərin, məktubların, hesabatların hazırlanması və yaradılması və sairə deməkdir. Word redaktoru mətn sənədlərini şəkil və foto ilə tərtib etməyə imkan verir. Demək olar ki, Word redaktoru mətn istifadə olunan istənilən yerdə tətbiq olunur. Word-lə işlədikdə “nə görürsənsə, onu da istifadə edirsən” pirinsipinə (ingilis dilində WYSİWNG «what You See ıs what You Get») riayət olunur. Bu, mətn redaktoru ilə işə yüngüllük gətirir və bir çox səhvlərdən qaçmağa imkan verir. Bundan başqa, Word bir çox xidməti imkanlara da malikdir. Bu, səhvlərin düzəldilməsi və sintaksis yoxlama, sinonimlərin axtarılması və cədvəllərin, şəkillərin, mətn effektlərinin yaradılmasıdır. Bu redaktorda çap vasitələri də çox çevikdir. Word redaktoru bütün səhifələri, sənədin qeyd olunmuş hissəsini, həmçinin cüt və ya tək səhifələri çap etməyə imkan verir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

2 комментария

  1. salam.Bəzən  belə  bir  sualla  bizə  müraciət  edilir.  Mətn redaktorunda yazı  yazarkən  durğu  işarələrindən  sonra boşluq  qoyulurmu?

  2. Düşünürəm ki,boşluq qoyularsa daha gözəl olar.Sizə bu haqda daha geniş mənbə göstərirəm.Bu mətnin yığılışda durğu işarələrindən sonra boşluq işarələrindən istifadə olunub.
    Durğu işarələri: harada istifadə etməli?

    Mətbuat dili Azərbaycan dilinin qrammatikasında publisistik üslubun ən geniş yayılmış formasına aid edilir. Qrammatikanın üslubiyyat bölməsində fərqləndirilən üslublarda qələmə alınan bütün əsərlərdə ədəbi dilin normalarının gözlənilməsi vacib şərtlərdən biri hesab olunur. Lakin əfsuslar olsun ki, ədəbi dilin bir sıra ümumişlək və zəruri qaydalar və normalar sistemi nəinki gündəlik yaşamımızda, habelə hamı tərəfindən başa düşüləcək şəkildə yazılmalı olan mətbuatımızın leksikonunda da «əzilir».
    Sadəcə, leksik, morfoloyi, fonetik normalar deyil, elə punktuasiya normaları da kobud şəkildə pozulur. Bəzən bir çox tanınmış dilçilərin bu mövzunu o qədər ciddi qrammatik məsələ hesab etməməsi və ya bundan tamamilə yan qaçması halları ilə qarşılaşmaq mümkündür. Sual oluna bilər: lazım deyilsə, niyə istifadəyə ehtiyac var? Əslində isə durğu işarələrindən istifadə olunmasının bir sıra qrammatik və fizioloji səbəbləri var. Cümlədaxili bölgünü müəyyənləşdirmək, həmcins üzvləri, əlavələri, vasitəsiz nitqi, sitatı, yeni fikri, ara sözləri, sintaqmları ayırd etmək üçün durğu işarələrindən istifadə olunur. Bu işarələr sistemindən danışarkən əksər əsl dilçilərdən bunları eşitmək mümkündür: «Necə deyərlər, söz var kəsdirər başı, söz var kəsər savaşı. Durğu işarələri də sözlər qədər əhəmiyyət kəsb edir» Niyə? Çünki yerində qoyulmayan durğu işarəsi fikri çaşdırdığı və insanı eyni cümləni dönə-dönə oxumağa məcbur etdiyi kimi, fikri yanlış ifadə etməyə də apara bilər. Sizə adi bir misal: «Bağışlamaq, olmaz asmaq!» Cümlədə vergül xilas edir. «Bağışlamaq olmaz, asmaq!» Bu cümlədə isə vergülün yerinə diqqət yetirsəniz, şərhə ehtiyac olmaz.
    Professor Ə.Dəmirçizadənin xatirələrində Səməd Vurğunun vergül üstündə necə çıxılmaz vəziyyətdə qalması yazılır. Bu vəziyyət aşağıdakı sətirlərdə vergülün unudulması ilə bağlı yaranıb.

    Mən and içdim rəhbərimin vicdanındakı,
    Günəşdən də parlaq olan bir şeiriyyətə.

    Burada şair rəhbərin vicdanındakı şeiriyyətdən danışır, hansı ki, günəşdən də parlaqdır. Lakin bir mətbu orqanda vergül unudulmuş və şairi sevməyənlər dərhal bundan istifadə etmişlər.

    Mən and içdim rəhbərimin vicdanındakı
    Günəşdən də parlaq olan bir şeiriyyətə.

    Burada isə şairin fikri «rəhbərin vicdanındakı günəşdən daha parlaq bir şeiriyyətə and içilməsi» kimi yozulmuşdur.
    Cümlədə fonetik ritmik qrupun yaranmasında pauza — durğu xüsusi rol oynayır. Pauza şifahi nitqdə xüsusi rol oynayır. Fasilə etmədən normal kommunikativ münasibət yarada bilməzlər. Şifahi nitqdəki fasiləni, həyəcanı, emosiyanı, sualı yazıda durğu işarələri əvəz edir. Durğu işarələri müxtəlif dillərdə eyni cür olsa da, vəzifələri və işlənmə yerləri müxtəlifdir. Müasir Azərbaycan dilində nöqtə (.), vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual (?), nida (!), tire (-), üç nöqtə (…), mötərizə [ ( )], dırnaqlar ( «») ən çox işlənən durğu işarələridir. Yazıda əsas məqsəd mətbuatda, xüsusilə, korrektə edilmədiyi hər halından bəlli olan yazılarda yerli-yersiz işlənən durğu işarələrindən xilas olmaq, unudulmuş və hamının xatırladığı kimi istifadə etdiyi punktuasiya qaydalarını yada salmaqdır. Beləliklə, ilk durğu işarəsi haqqında.
    1) Yazıda ən çox işlənən durğu işarəsi nöqtədir. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
    2) Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlirik. 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün.
    3) Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Onlar seçkiləri rəsmən müşahidə etməyiblər. Amma ümumilikdə prosesin gedişini izləyiblər.
    4) Tabelilik bağlayıcıları müstəqil cümlələri tam, bütöv şəkildə bağlamırsa, həmin bağlayıcılardan əvvəl nöqtə qoyulur. ATƏT-in Minsk qrupu var, maraqlı tərəflər var. Ona görə də düşünürəm ki, bu məsələlər həmin qrup çərçivəsində həll olunmalıdır.
    5) Adların qısaldılmış yazılışında və gizli saxlanılan adların yazılışında qısaldılmalardan sonra nöqtə qoyulur.
    6) Və sair, və ilaxır sözləri qısaldılmış şəkildə belə yazılır. Və s., və i.a.
    Nöqtənin işlənməsində rast gəlinən müxtəlif formalar vardır ki, onların da nitqdə işlənmə yeri və orfoqrafik funksiyası vardır. Sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, ümumiləşdirici sözdən sonra iki nöqtə ( : ) qoyulur. O bir sıra islahatlar: pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş vermişdir.
    Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və cümlə üzvlərindən əvvəl iki nöqtə qoyulur. Camaat arasında belə bir inam var: «Dost üzünə açılan süfrə həmişə bərəkətli olar» (S.Rəhimov). Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə.
    Üç nöqtə isə fikrin bitmədiyini bildirmək məqsədilə işlədilir.
    Sitat daxilində göstərilən hissəyə qədər olan hissə verilmirsə, özündən əvvəl, özündən sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. Nəriman Nərimanov yazır: «Bu zamanda mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar…»
    O cümlədən, yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur (əksərən, subyektiv və köşə yazılarında). Bu da axtarışın nəticəsi…
    Bir sıra həmcins üzvlər sadalanarkən, lakin sonda və sair, və ilaxır işlədilmədikdə son sözdən sonra üç nöqtə qoyulur. İndi qələmin gücü daha da artıb, onun əlində maşınlar, radiolar, kinolar, işıqlar, rənglər, binalar…

Добавить комментарий