Ana səhifə / Excel 2003 / Microsoft Excel 2003 proqramına giriş

Microsoft Excel 2003 proqramına giriş

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Əziz dostlar bu videodərsimiz məhşur Office proqramların birinə yəni Microsoft Excel 2003 proqramına həsr olunacaq. Məlumdur ki, Microsoft Excel 2003 — hər cür hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır. Bu cədvəllərdə məqsədə uyğun olaraq müxtəlif matematik əməliyyatlar, hesablamalar yerinə yetirmək, şablonlar, qrafik cədvəllər hazırlamaq mümkündür.

Microsoft Excel 2003 proqramına giriş

Microsoft Excel 2003 proqramına giriş

Microsoft Excel 2003-də interaktiv cədvəllər hazırlamaq, funksiyalar və riyazi formulalarla hazırlanan cədvəllərdə dəyişkənlərə görə nəticələr verən hesabatları yaratmaq olar. Bir verilənlər bazası formasında məlumatlar üzərində sıralama, axtarış və s. kimi əməliyyatlardan istifadə etməklə asan bir iş forması hazırlamaq olar. Geniş cədvəllər üzərində asanca hərəkət edə bilmə qabiliyyəti ilə yanaşı mətin yaza bilmə, digər riyazi əməliyyatlar edə bilmə, şəkil daxil etmə, obyekt daxil olmə və bir çox fərqli məlumatı ehtiva edən səhifələr yaratmaq mümkündür. Bütün bu deyilənlərdən başqa Microsoft Excel 2003-də VBA və Makros komandalarının köməyi ilə müxtəlif əməliyyatları yerinə yetirən nüxtəlif yönümlü daha çətin strukturlu interfeysli proqramlar hazırlamaq olar. Microsoft Office Excel 2003 proqramına daxil olmaq üçün əvvəlcə iş masasında olan  Microsoft Office Excel 2003 proqramının siməsini tapırıq. Sonra siçanın göstərici ilə onun üzərində iki dəfə klik edirik. Microsoft Office Excel 2003 proqramına daxil olmaq üçün başqa bir üsul Пуск-Başla-Start menyusuna müraciət ilə həyata keçirilir. Bunun üçün Пуск-Başla-Start menyusuna daxil oluruq açılan menyudan əvvəlcə Microsoft Office qovluğuna sonra isə Microsoft Office Excel 2003 proqramının simgəsinə bir dəfə klik edirik.
Microsoft Office Excel 2003 proqramına daxil olmaq üçün daha bir vasitə həmin proqrama aid fayl yaratmaqla mümkündür. Microsoft Office Excel 2003 proqramı elektron cədvəl prosessorudur. Müxtəlif hesablama əməliyyatlarını bu proqramının köməyi ilə daha çevik aparmaq olar.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Excel 2003 proqramında mümkün qiymətlər

Excel 2003 proqramında mümkün qiymətlər

Bildiyimiz kimi daxil edilənlərin bəzi şərtlərə uyğun gəlməsi üçün bu mövzudan istifadə olunur. Mövzu praktik mövzu olduğundan tövsiyyə edirəm ki, video dərsə baxdıqca sizdə onu əyani tətbiq edəsiniz.

Добавить комментарий