Ana səhifə / İKT xəbər / Dördnüvəli prosessorlu smartfon təqdim edilib

Dördnüvəli prosessorlu smartfon təqdim edilib

Paylaşmaq!

“İCTnews” elektron xəbər xidməti “lentaru” resursuna istinadən xəbər verir ki, Tayvanın “HTC” şirkəti Barselonada keçirilən “Mobile World Congress” (MWC) sərgisində yeni “One” xəttindən 3 smartfon təqdim edib.

Dördnüvəli prosessorlu smartfon təqdim edilib

Dördnüvəli prosessorlu smartfon təqdim edilib

Yeni “One” xəttinin lideri dördnüvəli prosessorla təchiz edilmiş “HTC One X” aparatı olacaq. Qurğunun əsasını “Nvidia Tegra 3” platforması təşkil edir. “HTC One X” smartfonu 4,7 düymlü 1280×720 piksel təsvir ölçülü ekrana malikdir. Aparata “Android 4.0” əməliyyat sistemi quraşdırılacaq. Tayvan şirkəti “Dropbox” «bulud» xidməti ilə saziş bağlayıb və smartfonu almış şəxsə serverdə şəxsi fayllarını saxlamaq üçün 25 qiqabayt veriləcək. Qurğu “NFC” texnologiyasını dəstəkləyir. “HTC One X” smartfonu 32 Qbayt daxili yaddaş və 1 QB əməli yaddaşa malikdir, lakin “microSD” kartları üçün slot yoxdur. “HTC One X” smartfonuna 8 meqapikselli kamera quraşdırılıb. Yeni xəttə “One X” smartfonundan əlavə, daha 2 smartfon daxildir: “HTC One S”“HTC One V”. Hər 3 qurğunun qiyməti hələ ki bildirilməyib.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

1 dəqiqənin önəmi nədir?

1 dəqiqənin önəmi nədir?

Bəzi insanlar üçün 1 dəqiqənin elə də önəmi yoxdur. Bəzi adamlar üçün isə 1 dəqiqə qızıla və ya minlərlə dollar pula bərabərdir. Misal kimi dünyanın ən varlı adamı, Microsoft şirkətinin yaradıcısı və sahibi olan Bill Qeyts 1 saniyədə 1000 dollardan çox pul qazanır.

Добавить комментарий