Ana səhifə / Internet / Mail.ru proqramının silinməsi

Mail.ru proqramının silinməsi

Paylaşmaq!

Mail.ru proqramının silinməsiSalam əziz dostlar gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü, dərsimizin mövzusu Mail.ru proqramının kompüterdən düzgün silinməsi və səyyahımızın ev səhifəsindən çıxarılması olacaq. İlk növbədə onu qeyd edim ki, mail.ru və buna bənzər proqramların səyyahlar (brouzerlər) üzərinə quraşdırılan  ev səhifələrinin kompüterdən çıxarılması problemli məsələ olaraq qalır. Bu gün böyük əksəriyyət istifadəçilərin kompüterlərində ev səhifəsi kimi təyin olunan bu cür proqramlara həsr olunmuş saytlar sonradan zəhlə tökən bir amilə çevrilir. İlk növbədə istərdim ki,bu problemin yaranma səbəbindən danışım. Bu proqram necə olur bizim kompüterimizə gəlib düşür? Necə olur ki, bizim istəyimiz olmadan səyyahımızın ev səhifəsi dəyişilir? Bu problemə birbaşa səbəb elə biz özümüzük. Belə ki, internetdə işləyərkən müxtəlif saytlara baxırıq, müxtəlif proqram və müsiqi faylları yükləyirik. Və nəticədə köçürdüyümüz resursun arxa fonunda bizim istəmədiyimiz proqramlar yüklənir. Beləliklə, bizə lazım olan fayldan başqa digər proqramlarında kompüterimizə köçməsinin şahidi oluruq. Təbii ki, yeni başlayan ziyarətçi bunun qarşısını almaqda aciz qalır. Sonradan isə bu proqramlar onun kompüterində iş zamanı maneəçilik törətməyə başlayır. Öz təcrübəmə əsaslanıb onu deyə bilərəm Mail.ru proqramının silinməsiki, belə hallar ilə tez-tez üzləşirəm. Bəzən elə olur ki, bu səbəbdən istifadəçinin kompüterini də format edəsi oluram. Lakin bunun digər çıxış yolu varmı? Necə edək ki, bu cür proqramlar bizim kompüterimizə yüklənməsin? Necə edək ki, səyyahımızın ev səhifəsi dəyişilməsin? Bizim bu videodərsliyimizdə söhbət mail.ru proqramından getdiyindən çalışacağam ki, onun timsalında bu problemdən çıxış yolunu araşdırım. Əvvəlcə mail.ru proqramının bizim kompüterimizə necə daxil olma üsulunu araşdıraq. Burada birinci səbəb mail.ru agent proqramının bizim özümüz tərəfindən yüklənməsidir. Ya internetdən ya da ki, hər hansı bir informasiya daşıyıcısından. Digər səbəb isə hansısa bir proqramın kompüterə quraşdırılması zamanı onun tərkibində gəlməsidir. Təbii ki,bunların qarşısını almaq olar. İlk növbədə bu problemə səbəb olan proqramı və onun elementlərini kompüterimizdən düzgün uzaqlaşdırmağı bacarmalıyıq. Bu videodərsliyimizdə proqramın kompüterdən uzaqlaşdırılmasının həm ənənəvi metodu həm də yeni IObit Uninstaller proqramı vasitəsilə silinməsi göstərilir. Belə ki, proqramın kompüterdən uzaqlaşdırılmasının ənənəvi üsuluna dair bizim bu barədə daha ətralı videodərsliyimiz var. Bunun üçün Proqram və onun komponentlərinin kompüterdən silinməsi eləcə də Proqramın digər üsulla silinməsi video dərsliklərindən istifadə edə bilərsiniz. Amma bu üsulun çatışmayan cəhəti də var. Təklif etdiyim yeni metod isə IObit Uninstaller proqramı vasitəsilə kompüterimizdən hətta silinməyən proqramların belə çıxardılmasıdır. Bu proqrami özünün rəsmi saytından yükləyə bilərsiniz. Daha ətraflı aşağıdakı video dərslikdə….

Mail.ru proqramının silinməsi

Mail.ru proqramının silinməsi

 P.S. Əgər bu barədə siz daha geniş məlumata maliksinizsə və başqa real metodlar bilirsinizsə, onda xahiş olunur saytın əlaqə bölümü ilə mənimlə bölüşəsiniz.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Web-səhifələrin çap edilməsi

Web-səhifələrin çap edilməsi

Sizləri Web səhifələrin çap edilməsi adlanan video dərslikdə salamlayıram. Web səhifəni çox asanlıqla çap etmək olar. Fayl (File) menyusundan Çap (Print) əmrini seçin. Açılan pəncərənin Çap edilməli (Print range) hissəsində Hamısı (All) şərti seçilməlidir. 

Добавить комментарий