Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex.Diskə həsr olunmuş silsilə video dərsliklərin çəkilişinə start verilir. Və bu bizim ilk video dərsliyimizdir. Bu günki, video dərsimizn əsas mövzusu Yandex Diskə daxil olmaq qaydası olacaq. İlk növbədə yandex haqqında məlumat vermək istəyirəm ki, bu sayt dünyanın bir nömrəli axtarış sistemlərindən biridir.
Bu axtarış sisteminin təklif etdiyi müxtəlif xidmət sahələri vardır ki, istənilən istifadəçi bundan pulsuz yararlana bilər. Yetər ki, o bu saytdan qeydiyyatdan keçsin. Qeyd etmək istəyirəm ki, bu günki video dərsimizin mahiyyəti böyük həcmli faylların bir yerdən digər yerə göndərilməsi üsulunu öyrənməkdir. Odur ki, əgər siz Yandex saytından qeydiyyatdan keçmisinizsə, yəni bu saytda artıq sizin elektron poçtunuz varsa, deməli Yandex Disk xidmətindən çox rahatlıqla istifadə edə bilərsiniz. Əgər sizin Yandex saytında elektron poçtunuz yoxdursa, onda çalışın mənim hazırladığım «Yandex.ru saytında elektron poçtun yaradılması» video dərsinə baxasınız. Baxdıqdan və qeydiyyatdan keçdikdən sonra siz artıq yandex istifadəçisinə çevriləcəksiniz. Sizin Yandex elektron poçtunuz olacaq. Bu məqsədlə sonradan bu video dərsliyimə baxmaq sizin üçün rahat olacaq.
Yandex Diskə daxil olmaq qaydası
Bildiyimiz kimi elektron poçta daxil olmaq üçün istifadəçidən iki məlumatın daxil edilməsi tələb olunur. Birinci Login sahəsinə elektron poçtdan qeydiyyatdan keçdiyiniz zaman yazdığınız istifadəçi adı qeyd olunur.İkinci isə şifrə sahəsinə isə sizin parol kimi yazdığınız şifrə daxil edilir. Bizim nümunədə öz verilənlərimiz yazılır və Войти düyməsi sıxılır. Beləliklə biz yandex elektron poçtuna daxil oluruq. Qeyd etmək istəyirəm ki, Yandex Disk yeni qeydiyyatdan keçmiş istifadəçilərin hər biri üçün 10 Gb pulsuz boş yer təklif edir. Bu da yeni başlayan istifadəçilər üçün düşünürəm kifayət qədər böyük həcmdir. Yandex elektron poçtuna daxil olduqda sonra bizi salamlayan ilk hissə Yandexin Məktub (Письма) səhifəsi olur. Onun yanında və yuxarı hissədə olan menyuda Диск sətrini seçməklə Yandex Diskə daxil olmaq mümkündür. Beləliklə video dərslikdən göründüyü kimi bizi Yandex Diskin interfeysi salamlayır. Növbəti dərslərdə biz Yandex Disk interfeysi elementlərinin izahı ilə tanış olacağıq.
Beləliklə biz Yandex Diskə daxil olmaq qaydası mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır