Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Monitorlar və videoadapterlər haqqında olacaq.
Monitorlar və videoadapterlər haqqında
Biz keçən dərsimizdə monitorların iş prinsipi ilə tanış olduq. Lakin monitor mövzusu o qədər böyük və şaxəlidir ki, onu bir dərsə əhatə etmək mümkün deyil. Ümumiyyətlə monitor anlayışında videoadapterlərin özünə məxsus yeri vardır. Ona görə də bugünkü mövzumuz həm monitorlara, həm də videoadapterlərə həsr olunacaq. Bəzən sinonim kimi işlənsələr də monitor və ekran anlayışı ayrı-ayrı anlayışlardır.
Hal-hazırda biz müxtəlif firmaların istehsalı olan monitorları ekranımızda görürük. Ümumiyyətlə monitora belə bir tərif verək. Monitor simvollu və qrafik informasiyanı ekranda əks etdirmək üçün nəzərdə tutulan avadanlıqdır. Monitorlar televizora bənzəyir. Kompüterin başlıca çıxış qurğusudur. Ekran anlayışı isə dedikdə monitorun şüşədən olan nazik plastik qatla örtülmüş qabaq hissəsi nəzərdə tutulur. Ekran verilənləri əks etdirməyə xidmət edir. Gördüyümüz kimi monitorla ekran arasında fərq böyükdür.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır