Ana səhifə / KQİES / Windows pəncərələri üzərində əməliyyatlar

Windows pəncərələri üzərində əməliyyatlar

Paylaşmaq!

Windows pəncərələri üzərində əməliyyatlar bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Windows pəncərələri üzərində əməliyyatlar

Əməliyyat sistemində Pəncərənin əhəmiyyəti nədir ?

Windows pəncərələri üzərində əməliyyatlarPəncərə Windows əməliyyat sisteminin əsas obyektlərindən biridir. Əməliyyat sisteminin adı da məhz bu sözdən yaranıb (ingiliscə “windows” – “pəncərələr”). İş masasında hansısa simgəni çıqqıldatdıqda, yaxud hər hansı proqramı başlatdıqda ekranda pəncərə açılır.

Kompüterdə pəncərə hansı elementlərdən ibarətdir?Windows pəncərələri üzərində əməliyyatlarPəncərənin çərçivəsi və başlıq zolağı olur. Başlıq zolağında açılmış proqramın, sənədin, yaxud qovluğun adı yazılır. Başlıq zolağının altında komandaların siyahısından ibarət menyu zolağı yerləşir.

Açılmış sənəd pəncərəyə sığışmırsa, fırlatma zolaqlarından istifadə etməklə onun istənilən yerinə baxmaq olar.Windows pəncərələri üzərində əməliyyatlar

Windows pəncərələri üzərində əməliyyatlar Windows pəncərələri üzərində əməliyyatlar

  • Əgər menyu sətrinin (bəndinin) sağında işarəsi varsa, deməli, bu bəndin içində başqa bir menyu da vardır. Həmin bənd seçdirildikdə ona daxil olan menyu açılır. Başqa menyunun içində olan menyuya alt menyu da deyilir.
  • Seçilmiş, yaxud seçiləcək hər hansı menyu komandası, adətən, xüsusi formada göstərilir. Məsələn, File⇨Close yazılışı File menyusunda Close komandasının seçildiyini (seçiləcəyini) bildirir.
  • Əgər menyunun hansısa bəndinin qarşısında işarəsi varsa, deməli, həmin bənd artıq seçilib. Göstəricini başqa bəndin üstündə çıqqıldatmaqla seçimi dəyişmək olar.
  • Siçanın göstəricisi hər hansı obyektin üzərində olduqda sağ düyməni çıqqıldatdıqda da menyu açılır. Bu menyuda həmin obyektlə bağlı komandalar toplanır. Belə menyuya kontekst menyusu deyilir.

Beləliklə biz Windows pəncərələri üzərində əməliyyatlar mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Sistemin əsas tənzimlənmələri Панель управления (Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir.