Ana səhifə / KQİES / Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Paylaşmaq!

Əməliyyat sisteminin tənzimlənməsi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter sistemini idarə edən proqramlar, Sistem proqramlarından istifadə və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Məqalənin mündəricatı

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsini neçə qrupa ayırmaq olar?

  • Funksional tənzimlənmə.
  • Fərdi tənzimləmə.
  • Tyuninq tənzimləmə.
  • Tvikinq tənzimləmə.

Funksional tənzimlənmə nədir?

Buraya bütöv sistemin normal işləməsi üçün lazım olan tənzimləmələr aiddir. Buraya ilk növbədə İnternetlə birləşmənin, video yaddaşın və monitorun düzgün işləmə rejiminin, həmçinin təhlükəsizlik sisteminin tənzimlənməsi aiddir.

Fərdi tənzimləmə nədir?

Windows əməliyyat sisteminin xarici görünüşünü və tərtibatını sizin zövqünüzə və təlabatınıza üyğun şəklə salma.Əməliyyat sisteminin tənzimlənməsi

Tyuninq tənzimləmə nədir?

Məhsuldarlığı optimallaşdırmaq üçün nəzərdə tutulan sistemin incə, ustalıqla tənzimlənməsi.

Tvikinq tənzimləmə nədir?

Windows əməliyyat sisteminin gizlin parametrlərinin “xaker sayağı” tənzimlənməsi hansı ki, ümumiyyətcə buraya sadə istifadəçilərin girişi ciddi qadağandır. Bunun üçün adətən, standart proqramlardan və alətlərdən deyil, xüsusi “tviker”— utilitlərdən istifadə olunur.Adi istifadəçilər yalnız ilk iki tənzimləmə vasitələrindən istifadə edirlər. Tyuninq tənzimləmə üçün müəyyən təcrübə tələb olunur, Tvikinq tənzimləməni Windows 7- də istifadə etmək çox çətindir.

Windows 7- də sistemin tənzimlənməsi vasitələrinə necə daxil olmaq olar?

Windows 7- də sistemin tənzimlənməsi vasitələrinə tez daxil olmaq üçün bir neçə qayda vardır. Onlardan biri Start (Пуск (Başlat)) menyusunda yerləşən Приступая к работе (İşə Başlama) menyusunu, bölməsini seçməkdir. Burada biz Windows 7- ni tənzimləyən ən sadə alətləri əldə edə bilərsiniz.Əməliyyat sisteminin tənzimlənməsiBurada aşağıdakı bölmələr vardır. Персонализация (Personalization (Windows-u Fərdiləşdir)) (İşçi masanın xarici görünüşünün dəyişdirilməsi), digər kompüterdən faylların köçürülməsi, informasiyanın ehtiyat nüsxələrinin yaradılması, Ev qrupunun yaradılması, həmçinin sizin verilənlərin təhlükəsizliyini və sistemin mühafizəsini təmin edən digər vasitələr.

Sistemin əsas tənzimlənmələrinə necə daxil olmaq olar?

Sistemin əsas tənzimlənmələri  Панель управления (Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir. Bu panelə daxil olmaq üçün həm Start (Пуск (Başlat)) menyusunun sağ hissəsindəki paneldən, həm də Компьютер (Computer (Kompüter)) qovluğundan istifadə etmək olur. Bu idarə etmə panelindən çox tez-tez istifadə olunduğundan onun nişanını İşçi masada məsələlər panelində də yerləşdirmək olur.Əməliyyat sisteminin tənzimlənməsiBunun üçün Start (Пуск (Başlat)) menyusunun sağ hissəsindəki paneldən Панель управления (Control Panel (İdarəetmə Paneli)) nişanının üzərinə qoyub, sonra siçanın sağ düyməsini sıxıb açılmış pəncərədən isə, Отображать на рабочем столе (Show on Desktop (İş masasında Göstər)) əmrini seçmək lazımdır. İdarəetmə panelinin ümumi görünüşü sadə və kompaktdır. Burada onlarla müxtəlif nişanlar vardır. Windows-un yaradıcıları isə həmin nişanları qruplaşdıraraq müəyyən qrup halında vermişdir.

İdarə etmə paneli hansı elementlərdən təşkil olunmuşdur?

İdarəetmə panelində Windows-un standart nişanlarından başqa sistemdə işlədikcə, zaman keçdikcə digər nişanlar da meydana gələ bilər, məsələn, bəzi proqramları və qurğuları idarə etmə nişanları ola bilər.Əməliyyat sisteminin tənzimlənməsiMəsələn, video yaddaş drayverlərini (sürücülərini) quraşdırandan sonra, İdarəetmə panelində NVİDİA simvollu ayrıca nişan meydana gəlir.

Дата/время (Date and Time)

Tarix Vaxt— dəqiq vaxtı, zamanı və həftənin günlərinin quraşdırılması.Əməliyyat sisteminin tənzimlənməsi

Клавиатура (Keyboard)

Klaviatura- klaviaturanın işlədiyi dillərin tənzimlənməsi, klavişlərə sıxdıqda kompüterin göstərdiyi sürət və s.

Əməliyyat sisteminin tənzimlənməsi

Устройства и принтеры (Devices and Printers)

Qurğular Printerlər– Kompüterə qoşulmuş qurğulara və printerlərə baxışı və onların idarə olunmasını həyata keçirir.Əməliyyat sisteminin tənzimlənməsi Burada həmçinin çap əməliyyatı da həyata keçirmək olur.

Параметры папок (Folder Options)

Qovluq SeçimləriWindows-da qovluqların və faylların əks olunmalarının, xarici görünüşlərinin tənzimlənməsi.Əməliyyat sisteminin tənzimlənməsi

Гаджеты рабочего стола (Desktop Gadgets)

İş masası mini-proqramları– Burada kompüterə quraşdırılmış İşçi masa üçün qacetlərə baxışı həyata keçirmək olur.Əməliyyat sisteminin tənzimlənməsi

Программы и компоненты (Programs and Features)

Proqramlar və Xüsusiyyətlər– bu nişanın köməyilə Windows-un istənilən unsurunü sistemə əlavə etmək və ya silmək olar, həmçinin yeni proqramları sistemə quraşdırmaq və ya lazım gələni yox etmək olar.Əməliyyat sisteminin tənzimlənməsi

Шрифты (Fonts)

Şriftlər – bu nişanın köməyilə sistemdə olan şriftlərə baxışı, yeni şrifti əlavə etməyi və müəyyən şrifti sistemdən silməyi həyata keçirmək olur.Əməliyyat sisteminin tənzimlənməsi

Язык и региональные стандарты (Region and Language)

Region və Dil – sistemdə istifadə olunacaq dilin və regional parametrlərin (pul vahidlərinin mənası, həftənin, ayın günlərinin adları və s.) quraşdırılması.Əməliyyat sisteminin tənzimlənməsi

Звук (Sound)

Səs – burada kompüterin səs sxemini dəyişdirmək və ya ona qoşulmuş audi qurğuları tənzimləmək olur.Əməliyyat sisteminin tənzimlənməsi

Панель задач и меню «Пуск» (Taskbar and Start Menu)

Tapşırıqlar Paneli və Başla menyusu — əməliyyat sisteminin xarici görünüşünü tənzimləyir. Пуск (Start (Başlat)) menyusunu və məsələlər panelini tənzimləyir, məsələn, orada əks olunan elementlərin siyahısını və onun xarici görünüşünü dəyişdirə bilir.Əməliyyat sisteminin tənzimlənməsi

Распознавание речи (Speech Recognition)

Распознавание речи (Speech Recognition)– informasiyaları səsli daxil etməni və səs əmrlərini tənzimləyir, həmçinin mətni nitqə çevirə bilir.Əməliyyat sisteminin tənzimlənməsi

Центр управления сетями и общим доступом (Network and Sharing Center)

Şəbəkə və paylaşma mərkəzi – İnternetlə və ya lokal şəbəkədə işləyəndə şəbəkənin vəziyyətinin yoxlanması, şəbəkə tənzimlənməsinin parametrlərinin dəyişdirilməsi və ümumi istifadə olan fayllara və printerlərə ümumi daxil olma parametrlərinin uyğun parametrlərinin seçilməsi əməliyyatlarını həyata keçirir.Əməliyyat sisteminin tənzimlənməsi

Центр Специальныx возможностей (Ease of Access Center)

Центр Специальныx возможностей (Ease of Access Center (Rahat İstifadə Mərkəzi)) – görmə qabiliyyət zəifləmiş, hərəkət verici imkanları məhdud olan və s. istifadəçilər üçün sistemin saz-lanması, tənzimlənməsi.Əməliyyat sisteminin tənzimlənməsi

Брандмауэр Windows Windows Defender

Брандмауэр Windows (Windows Defender (Windows Qoruyucu Divarı)) burada kompüteri zərərli proqramlardan və cinayətkarlardan qoruyan brandmauerin təhlükəsizlik parametrlərini müəyyən etmək olur.Əməliyyat sisteminin tənzimlənməsi

Мышь (Mouse)

Мышь (Mouse (Siçan)) – siçanın tənzimlənməsi: klavişlərin təyinatı, iki dəfə silkmənin sürəti və s. üçündür.Əməliyyat sisteminin tənzimlənməsi

Свойства обозревателя (Internet Options)

Свойства обозревателя (Internet Options)İnternet Explorer brauzerinin, İnternet səhifələrinə baxmaq üçün proqramların tənzimlənməsi.Əməliyyat sisteminin tənzimlənməsi

Система (System)

Система (System (Sistem)) bu nişan bəlkə də, İdarəetmə panelinin «dəmirlə (kompüterlə)» və drayverlərlə idarəetməyə yol verən ən mühüm ünsürüdür. Burada Диспетчер устройств (Device Manager (Qurğu Meneceri)) bölməsində konfiqurasiya ilə tanış olmaq, bu və ya digər qurğuların nə dərəcədə korrekt işləməsini yoxlamaq, drayverləri yeniləşdirmək olar. Buraya sistemin nasaz halında konfiqurasiyanın bərpasını idarəetmə də daxil edilmişdir.Əməliyyat sisteminin tənzimlənməsi

Учетные записи пользователей (User Accounts)

Учетные записи пользователей (User Accounts (İstifadəçi Hesabları))– Windows 7 əməliyyat sistemində hər bir kəs üçün fərdi konfiqurasiyanın yaradılması, hər bir istifadəçi üçün parolların quraşdırılması imkanları ilə əməliyyat sistemini bir neçə istifadəçi ilə işləmək rejiminə sazlamaq.Əməliyyat sisteminin tənzimlənməsi

Оформление и персонализация (Appearance and Personalization)

Görünüş və Fərdiləşdirmə. Burada İşçi masanın və onun elementlərinin, Start (Başlat) menyusunun və qovluqların xassələrinin, şriftlərin idarə olunmasının, bir sözlə burada Windows-un xarici gör-ünüşlə bağlı olan hər şeyin tənzimlənməsi vasitələri yerləşir.Əməliyyat sisteminin tənzimlənməsi

Часы, язык и регион (Clock, Language and Region)

Saat, Dil və Region. Burada sistemin dil parametrləri ilə, vaxtla, klaviaturanın yerləşməsi ilə bağlı olan regional tənzimləmə vasitələri yerləşir.Əməliyyat sisteminin tənzimlənməsi

Специальные возможности (Ease of Access)

Müraciətin Asanlığı. Burada əməliyyat sisteminin görməsi zəif olan, hərəkət imkanları məhdud olan və s. istifadəçilər üçün tənzimlənməsi vasitələri yerləşir.Əməliyyat sisteminin tənzimlənməsi

Электропитание (Power Options)

Enerji Seçimləri«ekranı söndürmə»-ni və uzun müddətə işsiz dayanan sistemlərdə elektrik enerjisinin qənaətli rejimdə istifadəsini tənzimləyir.Əməliyyat sisteminin tənzimlənməsi

Панел управления (Control Panel (İdarəetmə Paneli) obyektində sadaladığımız nişanlardan başqa iş prosesində digər nişanlarda, məsələn, bəzi proqramların və ya qurğuların (səs, video və s.) parametrlərinin nişanları da meydana gələ bilər.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …