Ana səhifə / KQİES / Windows ƏS-nin inkişaf tarixi

Windows ƏS-nin inkişaf tarixi

Paylaşmaq!

Windows ƏS-nin inkişaf tarixi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter sistemini idarə edən proqramlar və Sistem proqramlarından istifadə  moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Windows ƏS-nin inkişaf tarixi

Windows ƏS-nin inkişaf tarixi

Windows 1.0 haqqında məlumat

Windows 1.01985-ci ildə buraxılmışdır. Bu sistem IBM PC AT 286 mikroprosessorlu kompüterlər üçün nəzərdə tutulmuşdu və diskdə 2 Mbaytdan bir az artıq yaddaş sahəsi tuturdu.Windows ƏS-nin inkişaf tarixi

Bu sistemdə kalkulyator, saat, təqvim kimi bəzi utilitlər, Microsoft Paint qrafik redaktoru, Notepad sadə mətn redaktoru və Microsoft Write mətn redaktoru da yaradılmışdı.Windows ƏS-nin inkişaf tarixiİnterfeysi çox sadə idi. Bu sistem müstəqil əməliyyat sistemi deyildi, sadəcə MS-DOS üzərində qurulmuş örtük idi.

Windows 2.0 haqqında məlumat

Windows 2.0 — 1987-ci ildə buraxıldı. Bu sistem əslində Windows 1.0-ın təkmilləşdirilmiş versiyası idi. Bu versiyada proqram təminatı gücləndirilmişdi. Sistem IBM PC AT 386 kompüterləri üçün nəzərdə tutulmuşdu, bununla yanaşı əvvəlki maşınlarda da normal işləyirdi.Windows ƏS-nin inkişaf tarixi Bu ƏS üçün Microsoft Excel cədvəl prosessoru və Word 1.0 mətn prosessoru işlənib hazırlanır. Əvvəlki versiyadan yeganə kəskin fərqi sonuncunun Intel 286 prosesorunun dəstəkləməsi idi.Windows ƏS-nin inkişaf tarixi İnterfeysdə ayarlar paneli yaradıldı və pəncərələr bir-birinin üzərini örtə bilirdi.

Windows 3.0 haqqında məlumat

Windows 3.0 — 1990-cı ildə meydana gəlib. Bu versiya istifadəçilər arasında ilk mükəmməl 16 mərtəbəli sistem kimi öz təsdiqini tapır. Bu versiya nəinki qrafik interfeysə, həmçinin çoxməsələli rejimə də malik olmuşdur.Windows ƏS-nin inkişaf tarixiBu sistem IBM 386 kompüterləri üçün nəzərdə tutulmuşdur. Bu sistemə NotepadWordPad mətn redaktorları, Paintbrush qrafiki redaktoru, şəbəkədə məsafədən (uzaqdan) idarəetmə vasitələri və başqa bir çox utilitlər daxil edildi.Windows ƏS-nin inkişaf tarixiMəhz sistemin bu versiyasından başlayaraq məşhur “Pasyans” oyunu geniş kütləyə təqdim olundu.

Windows 3.1 haqqında məlumat

Windows 3.11992-ci ildə buraxılıb. Bu versiyadan başlayaraq Microsoft şirkəti 80386 və ondan sonra gələn prosessorlara xas olan virtual yaddaşın təşkil edilməsi imkanına malik ƏS-nin istehsalı ilə məşğul olur.Windows ƏS-nin inkişaf tarixi O cümlədən, bu sistemdə klaviaturanı müxtəlif dillərə yükləməklə çoxdilli rejimdə işləmək, həmçinin xarici mikrofondan və universal səsgücləndiricidən, eləcə də geniş spektrli səs kartlarından istifadə etmək mümkün idi.Windows ƏS-nin inkişaf tarixi

Windows 3.11 Workgroups haqqında məlumat

Windows 3.11 Workgroups1993-cü ildə buraxıldı. Bu versiya lokal şəbəkə və geniş multimedia imkanlarına malik idi. Bu sistem lokal şəbəkə yaratmağa, internetlə əlaqə yaratmağa, şəbəkə printerlərindən, informasiya mübadiləsi üçün alətlərdən və eləcə də faksların göndərilməsi və qəbulu üçün proqramlardan istifadə etməyə imkan verirdi.Windows ƏS-nin inkişaf tarixiBu sistemlə işləmək üçün IBM PC 386 kompüterləri və 1 Mb əməli yaddaş tələb olunurdu.Windows ƏS-nin inkişaf tarixiSistemin tətbiqi proqramlar paketinə bir sıra yeni proqramlar əlavə edilmişdi: Microsoft Mail poçt proqramı, Microsoft Internet Explorer brauzeri,Microsoft Chat utiliti və s.

Windows NT (New Technology) haqqında məlumat

Windows NT (New Technology)1993-cü ildə buraxıldı. Bu sistem tamamilə yeni nüvə əsasında qurulmuş və əsasən korporativ istifadəçilərin lokal kompüter şəbəkələrində işləməsi üçün nəzərdə tutulurdu.Windows ƏS-nin inkişaf tarixiBu sistemin interfeysi zahirən Windows 3.11 sistemindən heç nə ilə fərqlənməsə də, bu sistem 32 mərtəbəli çoxistifadəçili əməliyyat sistemi idi.Windows ƏS-nin inkişaf tarixiBu sistem buna qədərki Windows sistemləri ilə müqayisədə istifadəçilər tərəfindən ən stabil və ən etibarlı əməliyyat sistemi kimi qəbul edilmişdir.

Windows 95 haqqında məlumat

Windows 951995-ci ildə buraxılmışdır. IBM PC kompüterləri üçün ilk qrafiki əməliyyat sistemi olmuşdur.Windows ƏS-nin inkişaf tarixiBu sistemin iş stoluna “My Computer”“Recycle Bin” sistem qovluqlarının işarələri və üzərində saat, səs tənzimləyicisi, müxtəlif dillərə keçidləri tənzimləmək üçün göstərici əks olunan tapşırıqlar paneli daxil edilmişdir.Windows ƏS-nin inkişaf tarixiMəhz Windows 95-də “Start” düyməsi yaradıldı, 32-bitlik proqramlar dəstəkləndi və “Mavi ölüm” ekranı meydana çıxdı. Bu ƏS-nin çox da böyük olmayan işləmə etibarlılığı vardır.

Windows 98 haqqında məlumat

Windows 981998-ci ildə istehsal edilib. Bu versiya sadəcə olaraq Windows 95 versiyasının yenilənmiş variantı idi və onunla eyni interfeysə malik idi.Windows ƏS-nin inkişaf tarixiBu versiyada əlavə olaraq USB sürücülərinin təkminləşdirmə prosesi yer almışdır. Bu sistemi təqdim edildiyi zaman konfus yaşanıb, belə ki, təqdimat zamanı skaneri qoşarkən sistem birdəfəlik çökmüşdür.Windows ƏS-nin inkişaf tarixiBil Qeyts təqdimat zamanı etiraf etmişdir ki, sistem hələ tam hazır deyildir.

Windows 2000 haqqında məlumat

Windows 20002000-ci ildə Windows NT sisteminin arxitekturası əsasında yaradıldı.Windows ƏS-nin inkişaf tarixiBu sistemin yaradılmasında Windows 98 sisteminin mühüm xüsusiyyətləri də nəzərə alınmışdır. Bu sistemin fərqli xüsusiyyəti istifadəçiyə internetdən sürətli və səmərəli istifadə imkanı verməsidir.Windows ƏS-nin inkişaf tarixiBu əməliyyat sistemi rahat istifadə olunan, stabil və təhlükəsizlik baxımından etibarlı olmaqla çox asan tənzimlənən sistemdir.

Windows ME (Millennium Edition) haqqında məlumat

Windows ME (Millennium Edition)2000-ci ildə buraxılmışdır.Windows ƏS-nin inkişaf tarixiBu sistem yeni II minilliyin şərəfinə (lat. Millenium-minillik) bu cür adandırılıb.Windows ƏS-nin inkişaf tarixi Onda aktiv olaraq sistem reyestri istifadə olunmağa başlanıldı və bu sistem özündən əvvəlki Windows sistemləri ailəsindən hər şeydən əvvəl onunla fərqlənir ki, bu sistem MS-DOS-dan tamamilə imtina edir.

Windows XP əməliyyat sistemi haqqında

Windows XP (ing. eXPerience – təcrübə, sınaq)2001-ci ildə təqdim edildi. Bu sistemin ən gözlənilməz yeniliyi CD-RCD-RW diskləri ilə işləməyin mümkülüyüdür.Windows ƏS-nin inkişaf tarixi Bu sistem Windows NT əsasında qurulmuş ilk istehsalçı yönümlü əməliyyat sistemidir. Bu əməliyyat sistemi şəxsi kompüterlər üçün nəzərdə tutulan ilk belə sistem oldu.Windows ƏS-nin inkişaf tarixi

Windows Vista əməliyyat sistemi haqqında

Windows Vista2005-də Vista onun kod adı ,,Longhorn’’ ilə tanındı.Windows ƏS-nin inkişaf tarixiİnkişaf 2006-da tamamlandı və 2007-də bütün dünyaya buraxıldı. Bu sistem inkişaf etdirilmiş qrafiki istifadəçi interfeysi, axtarış funksiyaları, multimedia vasitələri, şəbəkə ünsiyyəti və müxtəlif funksiyaları əhatə edir.Windows ƏS-nin inkişaf tarixiKompüterə olan yüksək tələbi sürücülərin dəstəkləməməsi və DRM mühafizə sistemin bazarda satılmaması bu sistemi dünya müstəvisində Microsoft şirkətinin ən uğursuz məhsulu kimi tanıtdı.

Windows 7 haqqında məlumat

Windows 72009-cu ildə təqdim olundu. Zahiri cəhətdən Windows Vista-ya çox oxşarlığı var.Windows ƏS-nin inkişaf tarixiO, daha çox universallığa malikdir, çox geniş yayılıb və tətbiq olunmuşdur. Köhnə proqramları dəstəkləyən və təhlükəsiz sistem kimi tanınır.Windows ƏS-nin inkişaf tarixi

Windows 8 haqqında məlumat

Windows 82012-ci ildə satışa çıxarılmışdır. Hazırda bu sistemin interfeysində adət etdiyimiz “Start” düyməsi yoxdur, işçi masası isə klassik Windows-dan daha çox Windows Phone-a bənzədilir.Windows ƏS-nin inkişaf tarixi İlk dəfə bu sistemə “Windows Store” adlı market əlavə olundu və bizə Google şirkətinin Play Marketini  xatırlatdı. Lakin masa üstü və noutbook tipli komputerlərdə bu sistem çoxda yayılmadı.Səbəb isə, istifadəçi interfeysinin plitka şəklində olması idi ki, buda çox zaman standart iş masasına öyrəşmiş istifadəçilərə çətinlik yaradırdı. Həmçinin bu sistem istifadəçilərə bir neçə ekranla işləməyə imkan verir.

Windows 10 haqqında məlumat

Windows 10 —  sonuncu sistemdir. Windows 8 -dən sonra sistem, 9-cu nömrəni buraxaraq, 10-cu nömrəli adlandırıldı.Windows ƏS-nin inkişaf tarixiPraktik olaraq bütün qurğularda işləmək bacarığına malikdir. İtmiş  Start düyməsi yenidən sistemə qaytarılmışdır.Windows ƏS-nin inkişaf tarixiSistem fərdi kompüterlər, planşetlər, smartfonlar və s. kimi müxtəlif qurğular üçün vahiddir. Həmçinin kompüterlər və planşetlər üçün Cortana səs köməkçisi istifadəyə verildi.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …