Ana səhifə / KTƏ / Kompüterlərin qısa inkişaf tarixi

Kompüterlərin qısa inkişaf tarixi

Paylaşmaq!

Kompüterlərin qısa inkişaf tarixi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterlərin qısa inkişaf tarixi

Kompüterlərin qısa inkişaf tarixi

 «İnformatika» terminini ilk dəfə kimlər istifadə etmişlər?

Kompüterlərin qısa inkişaf tarixi

«İnformatika» termini ilk dəfə 1960 – cı illərdə fransızlar tərəfindən işlənmişdir. O iki sözün, İNFORmasiya+avtoMATİKA sözlərinin birləşməsindən əmələ gəlmişdir . İnformatika-fərdi kompüterlərdən və İnternetdən istifadə etməklə bağlı olan yeni elmi fənn və yeni informasiya sənayesi sahəsidir.

 Kompüter nədir?

Kompüterlərin qısa inkişaf tarixi

Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir. Başqa sözlə, kompüter informasiya ilə işləmək üçün nəzərdə tutulmuş universal maşındır. Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub “hesablayıcı” deməkdir.

Kompüterlərin qısa inkişaf tarixi

Bu söz dilimizə gələnə qədər onun yerinə “EHM-Elektron Hesablama Maşını” ifadəsi istifadə olunurdu.

Kompüterlərin qısa inkişaf tarixi hansı ardıcıllıqla sıralamaq olar?

1. İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. Kompüterlərin qısa inkişaf tarixi 2. 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. Kompüterlərin qısa inkişaf tarixi 3. 1830 — cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. Kompüterlərin qısa inkişaf tarixi 4. 1930-cu ildə A.Turinq (İngiltərə)E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Kompüterlərin qısa inkişaf tarixi

5. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.QoldsteynA.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur.

Beləliklə biz Kompüterlərin qısa inkişaf tarixi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Sistem blokunun modelləri

Sistem blokunun modelləri

Kompüter korpuslarının hər biri müəyyən məqsəd üçün nəzərdə tutulmuş çox müxtəlif model və növü mövcuddur. Bunlardan ən geniş yayılanları şaquli və üfüqi formalardır. Şaquli forma (qala, tower) sistem bloku adətən masanın altında və ya monitorun yanında stolun üstündə yerləşdirilir.