Ana səhifə / KRİ modulu / Qrafik informasiyanın kodlaşdırılması

Qrafik informasiyanın kodlaşdırılması

Paylaşmaq!

Qrafik informasiyanın kodlaşdırılması bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qrafik informasiyanın kodlaşdırılması

Qrafik informasiyanın kodlaşdırılması

Qrafiki informasiyanın kodlaşdırılması necə aparılır?

Kompüterin ekranındakı hər bir qrafik təsvir piksellər çoxluğundan ibarətdir. Ekranda istənilən təsviri özünəməxsus çalarlı nöqtələrin koordinatları vasitəsilə kodlaşdırmaq mümkündür. Hər bir təsvirin yaddaşını hesablamaq üçün təsvirdəki piksellərin sayı bir pikselin yaddaşına vurulur:

Təsvirin həcmi = Piksel sayı * 1 pikselin həcmi (bitlə)

Rəng calarlarının sayı = 2N bit, burada N, 1 pikselin həcmidir.

Hər bir pikselin həcmi isə onu təşkil edən rəng calarlarının sayından asılıdır. Məsələn, 2 rəngə malik ağ-qara təsvirdə 2=21 olduğundan 1 pikselin həcmi 1 bitdir, 256 rəng calarına malik təsvirdə isə 256=28 olduğundan 1 pikselin həcmi 8 bitdir və s.

Qrafiki informasiyanın kodlaşdırılması aid məsələ

Əgər ölçüləri 1024×512 pikseldən ibarət qrafik təsvirin hər bir pikseli 128 sayda rəng çalarlarının birində olarsa, onda bu qrafik təsviri yadda saxlamaq üçün ən azı neçə kilobayt yaddaş lazımdır?

İzahı: Əvvəlcə 1 pikselin həcmini tapaq: 128=27 olduğundan 1 pikselin həcmi 7 bit olacaqdır. Onda təsvirin həcmini (1) dusturundan istifadə edərək hesablayaq:

1024*512*7 bit = 210*29*7 bit = 7*219bit=7∗219 bit/213 =7∗26 Kbayt=448 Kbayt

Çox vaxt qrafik təsvirlərin kodlaşdırılmasında rəng sistemlərindən də istifadə olunur. Bunlardan RGB (Red, Green, Blue)-ni misal göstərmək olar. Bu sistemə əsasən kompüterin ekranında hər hansı bir rəngi almaq üçün 3 rəngin qarışığından istifadə olunur: qırmızı, yaşıl, mavi.

Burada 3 rəngin hər birinin 0-255 aralığında 256 çaları vardır. Bu rəngləri qarışdırdıqda isə 256*256*256 = 224 sayda rəng caları almaq mumkundur. Buradan belə nəticəyə gəlmək olar ki, RGB modelindən istifadə edilən təsvirin 1 pikselinin həcmi 24 bit və ya 3 bayt olacaqdır.

Bundan başqa komputerlərdə CMYK (Cyan, Magenta, Yellow, Black) rəng modelindən də istifadə olunur ki, burada da rəng calarlarının sayı 256*256*256*256 = 232 olduğundan 1 pikselin həcmi 32 bit və ya 4 bayt olacaqdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …