Ana səhifə / Dizayn modulu-1 kurs / Qrafik məlumatın transformasiya növləri

Qrafik məlumatın transformasiya növləri

Paylaşmaq!

Raster qrafikasının çatışmamazlıqları bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qrafik məlumatın transformasiya növləri

Qrafik məlumatın transformasiya növləri

Kompüter yaddaşında şəkillər hansı formatda yadda saxlanılır?

Qrafik şəkillərdən istifadə edərkən nəzərə almaq lazımdır ki, onlar kompüter yaddaşında GIF, JPEG, PNG, BMP formatlarında saxlanılmalıdırlar.

  • GIF (Graphics İnterchange Format)-qrafik mübadilə formatı. (.gif);
  • JPEG (Joint Photographic Experts Group)-birləşmiş fotoeksportlar qrupu formatı. (.jpg);
  • PNG (Portable Network Graphic)-portativ şəbəkə qrafiki. (.png) ;
  • BMP təsviri formatını isə istifadə etməzdən əvvəl baza formatına çevirmək lazımdır. (.bmp)

GIF formatlı şəkillərdən nə üçün istifadə olunur?

GIF–GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir.

Qrafik məlumatın transformasiya növləri

Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir.

JPEG (.jpg) formatı nə üçün istifadə olunur?

Təsvirləri on dəfələrlə sıxmağa imkan verən bu formatdan əsasən internet şəbəkəsi üçün nəzərdə tutulmuş təsvirlərdə istifadə olunur. JPEGGİF formatlı fayllardan fərqli olaraq JPEG formatlı fayllarda 16,7 milyon rəng çaları göstərilə bilər.

Qrafik məlumatın transformasiya növləri

JPEG-nin sıxma alqoritmindən istifadə edərək sıxma funksiyasını və faylın diskdə tutduğu yerin ölçüsünü idarə etmək olar. Buna baxmayaraq sıxma prosesi vaxtı JPEG formatlı təsvirlərdə itkilər yaranır. Əgər təsvirin üzərində mətn varsa sıxma vaxtı mətnin dəyişməsi və oxunmaz hala düşməsi baş verir. Ona görə də üzərində mətn olan təsvirləri GİF formatında saxlamaq daha məqsədəuyğundur.

TİFF(.tif) formatı nə üçün istifadə olunur?

Qrafik məlumatın transformasiya növləri

Bu formatda saxlanılan təsvirlərdə sıxılma aparılmır. Yüksək keyfiyyətdə olan təsvirlərin saxlanılması üçün bu genişlənmədən istifadə edilir.

PNG(.png) formatı nə üçün istifadə olunur?

Qrafik məlumatın transformasiya növləri

Qrafik təsvirlər üçün istifadə olunan fonsuz formatdır. MS Paint proqramı susmaya görə faylı bu formatda saxlayır.

Bildiyimiz kimi təsvirin vektor formatdan rastr formata (piksellər yığımına) çevrilməsi tez-tez istifadə edilən proseslərdən biridir. Bu prosesi bəzən vektor təsvirlərin rastrlaşdırılması adlandırırlar. Vektor fayllar rasrt formata eksport ediləndə ilkin təsvirdəki rənglərlə bağlı olan informasiya itkisi ola bilər. Buna əsas səbəb odur ki, bir sıra rastr formatlarda məhdud sayda rənglərdən istifadə edilir.

Beləliklə biz Qrafik məlumatın transformasiya növləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

EXIF rəqəmsal fotoqrafiya məlumatları

EXIF rəqəmsal fotoqrafiya məlumatları

Rəqəmsal fotoqrafiya kimi sadə görünən bir şey əslində o qədər də sadə deyil. Yalnız ən kiçik hissəciklərdən - piksellərdən ibarət deyil, həm də bir fotoşəkil içərisində böyük bir gizli məlumat yığını şifrələyə bilərsiniz. Sözdə metadatanı şifrələyən standart EXIF ​​(Dəyişdirilə bilən Şəkil Fayl Formatı) adlanır.