Ana səhifə / KTƏ / Strimer haqqında məlumat

Strimer haqqında məlumat

Paylaşmaq!

Strimer haqqında məlumat bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Strimer haqqında məlumat

Strimer haqqında məlumat

Strimer nədir?

Strimer (stream — uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan sərt maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə edirlər.

Strimer haqqında məlumatƏgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür.

Strimer nə qədər informasiyanı özündə saxlaya bilir?

Strimer (ingiliscə -tape, streamer) böyük həcmdə informasiyanın ehtiyat köçürülməsi üçün qurğudur. Daşıyıcı kimi burada 1,2 Qbayt və daha çox tutumlu maqnit lentli kasetlər istifadə olunur.

Strimer haqqında məlumatStrimerlər maqnit lentli kiçik kasetə çox böyük miqdarda informasiya yazmağa imkan verir. Strimerin daxilində qurulmuş aparatla sıxma vasitələri yazılmadan əvvəl informasiyanı avtomatik sıxlaşdırmağa və oxunmadan sonra bərpa etməyə imkan verirlər ki, bu da saxlanılan informasiyanın həcmini artırır.

Strimerlərin çatışmazlığı nədir?

Müasir strimerlərdə lent seqmentlərə bölünür. Seqmentlər nömrələnir. Seqmentlər bir-birinə paralel olan treklərdən ibarətdir. Hər bir trekə müraciət etmək mümkündür.

Strimer haqqında məlumatStrimerlərin çatışmazlığı onların informasiyanı nisbətən aşağı yazma, axtarma və oxuma sürətidir. Böyük tutumluq, etibarlılıq və iqtisadi səmərəlilik bu qurğunun istifadəsini çox faydalı edir.

Hansı firmalar strimer istehsalı ilə məşğul olur?

Müxtəlif firmalar, məsələn, Everex, Archive Mountain Computer, Sony, Colorado Memory Systems və s. strimer istehsalı ilə məşğuldur. İstehsal olunan strimerlər adətən kontroller platası və drayver ilə birgə istehsal olunur.

Beləliklə biz Strimer haqqında məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir