
Yumşaq disk haqqında məlumat
İlk disklər doğrudan da yumşaq idi onların eni 8 düym (1=düym 2.54 sm) idi. Sonrakı 5.25 düymlük disketlər də yumşaq idi. Anca
q onlarda sonra gələn 3.5 düymlük disketlər bərk plastik üzlüyə [disk jacket; оболочка диска ] salınsa da, onlara da ənənəyə uyğun olaraq yumşaq disklər deyilir. Hazırda kompüterlərdə tutumu 1.44 Mbayt olan 3,5 düymlük disketlərdə istifadə olunur.

Disketi tərkibində maqnit olan cihazlardan uzaq saxlayın. Telefon aparatı, radioqəbuledici və televizorun səs gücləndiriciləri, masaüstü ventilyatorlar, sancaqların və başqa kiçik metal əşyaların maqnit tutqacları belələrindəndir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır