Ana səhifə / İlk Yardım Modulu / Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk yardım

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk yardım

Paylaşmaq!

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk yardım elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk yardım

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk yardım

Kraş sindromu nədir?

Dağıntılar zamanı meydana çıxan travmalardan biri uzunmüddətli sıxılma sindromu-Kraş sindromudur. Kraş sindromu — uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər.

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk yardımDaha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir. Meydana çıxan ağrı zərərçəkmişin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır.

Kraş sindromu zamanı ilk yardım necə aparılmalıdır?

  • Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi;
  • Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların immobilizasiyası;
  • Travmatik şok əleyhinə tədbirlər;
  • Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması.

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk yardım

Kraş sindromu zamanı hansı fəsadlar yaranır?

Xəstəliyin ilk 2-3 günü ərzində ağrı ilə əlaqədar travmatik şok əlamətləri olur: ağrı, arterial təzyiq aşağı düşür, tənəffüs, nəbz tezləşir, xəstədə oynaqlıq olur. 3-5-ci günlərində nisbi yaxşılaşma qeyd edilir. 4-7 gündən sonra sinir sistemi, böyrəklər zədələnir. Sonuncu dövrdə isə xəstənin zədələnmiş ətrafında güclü ağrılar, qanqrena, böyrək çatışmazlığı baş verir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …