Ana səhifə / Mega Bulud Servisi / Fayl və qovluq haqqında məlumatın əldə olunması

Fayl və qovluq haqqında məlumatın əldə olunması

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube istifadəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa hostinqə həsr olunmuş sayca yeddinci video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu Fayl və qovluq haqqında məlumatın əldə olunması olacaq.

Fayl və qovluq haqqında məlumatın əldə olunması

Bu mövzuya həsr olunmuş 6-ci mövzuda biz fayl və qovluqlar üzərində əməliyyat aparmaq üçün bir menyu ilə tanış olduq. Həmin menyunun tərkibində mövcud olan sətrlərin hər birinin izahını qısaca verdik və həmin video dərsin sonunda qeyd etdim ki, biz bu menyudakı mövcud sətrlərin hər biri haqqında ayrıca video dərslik çəkəcəyik ki, yeni başlayan istifadəçilər bundan heç bir əziyyət çəkməsinlər həmçinin də müəyyən dil problemi olan istifadəçilərində köməyinə gəlsin.Fayl və qovluq haqqında məlumatın əldə olunmasıBeləliklə biz mövzumuza başlayırıq ilk növbədə severə yüklənmiş hər hansı bir qovluq haqqında məlumat əldə etmək istəyirik. Bunun üçün həmin qovluq seçilir və üzərində sağ düymə sıxılır, Информация yəni məlumat adlanan sətri seçirik. Gördüyünüz kimi mövcud seçilmiş qovluq haqqında hansı məlumatı əldə edirik? Qovluğun adı, onun  ölçüsü, severdə yaradıldığı tarix, qovluğu təşkil edən hansı qovluq və faylların miqdarı. Bu cür informasiyanın yəni məlumatın olması düşünürəm ki, yeni başlayan istifadəçilər üçün həmçinin də qovluğa müraciət etmədən onun daxilində ki, məlumatlara baxmağa əla  bir imkandır. Odur ki, belə bir funksiyadan yeni başlayan istifadəçilərin də yararlanması faydalı olar.Fayl və qovluq haqqında məlumatın əldə olunmasıHəmçinin bu əməliyyatı mövcud hostinqə əlavə olunmuş fayl üzərində aparmaq olar. Məsələn: Biz istənilən bir faylımızı seçirik üzərində sağ düyməni sıxıb informasiya adlanan sətri seçirik. Beləliklə mövcud faylımız haqqında qısaca məlumat verilir. Təbii ki, fayl hansı proqrama məxsusdursa onun simgəsi burada miniatür şəklində təsvir olunur, faylın adı verilir hətta faylın adı qarşısında bu və ya digər formada onun üzərində aparıla biləcək əməliyyatların siyahısı çeşidlənir. Gördüyünüz kimi belə bir düymə qovluqda yox idi amma fayl üzərində var. Həmçinin faylın ümumi ölçüsü serverə yəni bu hostinqə yükləndiyi tarix və bu fayl üzərində aparılmış sonuncu dəyişikliklər haqqında da məlumat verilir.Fayl və qovluq haqqında məlumatın əldə olunmasıDüşünürəm ki, Windows 7 əməliyyat sistemini öyrənən hər bir şəxs yəqin ki, bu mövzu ilə rastlaşıb. Lakin Windows 7 əməliyyat sistemində fayllar və qovluqlar haqqında məlumatın əldə olunması üçün Информация deyilən bir sətr mövcud deyildi, orada Свойства yəni tərkib xüsusiyyətlər adlanan sətr mövcud idi ki, məhz o sətrin köməyi ilə biz fayllar və qovluqlar haqqında məlumat əldə edə bilirdik. Lakin meqa hostinqdə bu cür imkan yaradılması yeni başlayan istifadəçilər üçün düşünürəm ki, əla bir fürsətdir və onlar fayla müraciət etmədən onun haqqında məlumatı əldə edə biləcəklər.Fayl və qovluq haqqında məlumatın əldə olunmasıBeləliklə biz Fayl və qovluq haqqında məlumatın əldə olunması mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün yeddinci video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq yalnız bu dəfə fayl və qovluğun hostinqdən kompüterə endirilməsi mövzusunu məhz səkkizinci video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.