Ana səhifə / Mega Bulud Servisi / Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması

Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa hostinqə həsr olunmuş sayca on ikinci video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması olacaq. Qeyd etmək istəyirəm ki, biz əvvəlki yəni on birinci video dərslikdə fayl mübadiləsi hostinqində yerləşdirilmiş faylın və qovluğun yerdəyişməsi ilə tanış olduq.

Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması

Həmin əməliyyatları yerinə yetirərkən qeyd etdik ki, hər hansı bir faylın və qovluğun hostinq daxilində yerdəyişməsi üçün onu üzərində sağ düymə sıxılırmalıdır və Переместить adlanan sətr seçilməlidir. Bu əvvəlki, video dərsliyimizdə olan mövzudur.Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması

Bugünkü, video dərsimiz surətin çıxarılması ilə bağlı olduğu üçün biz Копировать adlanan sətr ilə işləyəcəyik. Bunun üçün istənilən fayl qeyd olunmalıdır yəni seçilməlidir və üzərində sağ düymə sıxılmalı, sonra isə Копировать adlanan sətr seçilməlidir. Açılan növbəti pəncərə Копировать облачный диск adlanan bir pəncərə adlanır və bu pəncərə üç səhifədən ibarətdir. Həmin səhifələrdən yalnız biri bugünkü, dərs zamanı bizə lazım olacaq bu da Blud şəkli təsvir olunmuş yəni xüsusi Облачный диск adlanan səhifədir. Biz surətini çıxartdığımız faylı məhz burada təsvir olunan istənilən bir qovluqların daxilində yerləşdirməliyik. Misal üçün Faydalı linklər adlanan qovluq seçilir və seçildikdən sonra burada Paste adlanan düymə aktivləşir. Onun üzərində sol düyməni bir dəfə sıxdıqda beləliklə konkert olaraq təhlükəsizlik qaydaları üzrə təlimat adlandırdığımız PowerPoint faylı Faydalı linklər adlanan qovluğun daxilinə köçdü (yerləşmiş oldu). Əgər biz faydalı linklər qovluğuna müraciət etsək o zaman həmin faylın bir nüsxəsinin burada olduğuna əmin olmuş olarıq. Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması

Bu əməliyyat fayllar üzərində aparıldı. Qovluqlar üzərində də həmin əməliyyatların aparılma ardıcıllığı eynidir. Bunun üçün Faydalı linklər qovluğu seçiləcək və onun surəti çıxarılıb copy adlanan faylın daxilinə yerləşdiriləcək. İlk növbədə faydalı linklər adlanan sətrin sağ küncünə müraciət edək və burada bir ox işarəsi görürsünüz onun üzərinə vurduqda xüsusi bir menyu açılır həmin menyuda Копировать adlanan sətr seçilir. Seçildikdən sonraki, mərhələdə fayllarda olduğu kimi qovluqların köçürülməsi yəni surətinin çıxarılması prosesində də Копировать adlanan xüsusi bir pəncərə açılır həmin pəncərədə təklif olunan istənilən qovluğu seçməli və Paste adlanan düyməni sıxmaqla həmin qovluğun bir nüsxəsini yəni surətini məhz o qovluğa köçürtmək mümkündür. Gəlin əmin olaq ki, copy adlanan qovluğun daxilində Faydalı linklər adlanan qovluğun surəti çıxarıldı. Bunun üçün gördüyümüz kimi Faydalı linklər adlanan qovluq artıq copy qovluğunun daxilində yerləşdirilib.Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması

Beləliklə biz Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün on ikinci video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq  məhz on üçüncü video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.