Ana səhifə / Mega Bulud Servisi / Fayl və qovluğun adının dəyişdirilməsi

Fayl və qovluğun adının dəyişdirilməsi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Meqa hostinqə həsr olunmuş sayca onuncu video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu Fayl və qovluğun adının dəyişdirilməsi olacaq.

Fayl və qovluğun adının dəyişdirilməsi

Əvvəlki, dərslərdə biz fayl və qovluqlar üzərində müxtəlif əməliyyatlar aparmağı öyrəndik. Müəyyən etdik ki, hər bir faylın və qovluğun sağ küncündə bir işarə yaranır və onun üzərində vurmaqla menyu əmələ gəlir, həmin menyuda bir sıra əməliyyatlar vardır ki, onlar məhz fayllara və həmçinin qovluqlara aiddir. Həmçinin bu menyunun çağırılma üsullarından biri də onun üzərində sağ düymənin sıxılmasıdır və ona aid çıxan kontekst menyudan ibarətdir. Biz Информация, Скачать, Получить ссылку kimi müxtəlif sətrlərdə yazılan verilənləri öyrəndik və həmçinin bu əməliyyatları da tətbiq etdik.Fayl və qovluğun adının dəyişdirilməsiBugünkü, mövzumuz hostinqdə yerləşdirilmiş faylın və qovluğun adının dəyişdirilməsi olacaq. Qeyd edim ki, istər fayllar üçün istərsə də qovluqlar üçün keçərlidir. Sadəcə onun üzərində sol düymənin sıxılması  bir dəfə kifayətdir ki, həmin faylın adı ekrana çıxsın və onu dəyişmək, redaktə etmək üçün xüsusi bir imkan yaransın. Gördüyümüz kimi faylın Переименовать файл adlanan xüsusi bir pəncərə açılır və həmin pəncərədə mövcud hal-hazırda olan faylın adı göstərilir. Məsəl üçün faylın adında hər hansı bir dəyişiklik aparmaq istəyiriksə sadəcə kursorumuzu mövcud xanada yerləşdiririkvə Backpace düyməsinin köməyi ilə həmin proqramın və yaxud da faylın adını silirik. Əgər ad silmək tammamlandısa bunun üçün Переименовать düyməsi sıxılır və rahatlıqla hostinqə yerləşdirilmiş faylın adını dəyişmiş olduq.Fayl və qovluğun adının dəyişdirilməsiHəmçinin bu əməliyyat qovluqlar üçün də keçərlidir. Bunun üçün qovluq üzərində sağ düymə sıxılır açılmış menyudan Переименовать adlanan sətr seçilir və lazım gəldikdə müəyyən redaktə işlərini aparıb Переименовать düyməsini sıxmaqla bu əməliyyatı tamamlamaq olar. Bizim nümunəmizdə test nümunələri sözününün nümunələri sözünü siləcəyik və sadəcə test qalacaq qovluğun adında Переименовать düyməsini sıxacağıq. Beləliklə hostinqdə yerləşdirilmiş fayl və qovluqların adını dəyişməyi bacardıq.Fayl və qovluğun adının dəyişdirilməsiBeləliklə biz Fayl və qovluğun adının dəyişdirilməsi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün onuncu video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq  məhz on birinci video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.