Ana səhifə / Mega Bulud Servisi / Mega hostinqdə səbətin boşaldılması

Mega hostinqdə səbətin boşaldılması

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Fayl mübadiləsi hostinqinə həsr olunmuş sayca on dördüncü video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, video dərsimizin mövzusu Mega hostinqdə səbətin boşaldılması olacaq. Əvvəlki, on üçüncü video dərslikdə biz faylların və qovluqların silinməsi əməliyyatı ilə tanış olduq və orada qeyd etdik ki, istənilən sildiyimiz obyekt yəni ya fayl olsun ya da qovluq o, silinərək səbət adlanan xüsusi bir ünvana göndərilir. Təbii ki, səbətdə müəyyən müddətdən sonra dolur və onu silmək məcburiyyəti yaranır. Bunun üçün bu video dərsimizin əhəmiyyətindən danışmaq istəyirəm ki, ilk növbədə səbət proqramda yəni bu səhifədə harada yerləşir? Gördüyünüz kimi xüsusi bir düymə var və onun üzərinə yaxınlaşdırdıqda rusca Корзина yazılır yəni səbət onun üzərində sol düymə vurduqda sildiyimiz bütün obyektlər məhz burada görsənir.

Mega hostinqdə səbətin boşaldılması

Mega hostinqdə səbətin boşaldılması

Əgər biz səbəti bütövlükdə boşaltmaq istəyiriksə o zaman məhz saytın sağ tərəfinə diqqət yetirsək görəcəyik ki, Очистить корзину adlanan xüsusi bir düymə yerləşdirilib. Həmin düymənin köməkliyi ilə biz səbətə göndərilmiş istənilən fayl və qovluğu bütövlükdə silə bilərik. Bunun üçün üzərində sol düymə sıxılacaq və səbətdən silinəcək obyektlərin əmin olunmasını yəni əməliyyatın təsdiq olunmasını istəyiriksə Очистить adlanan düymə sıxılmalıdır. Beləliklə Очистить adlanan düymə sıxıldıqdan sonrakı, mərhələdə artıq səbətimizin boş olduğu haqqında bir mesaj yəni məlumat çıxacaq və təbii ki, artıq biz burda heç bir obyekti görməyəcəyik.

Mega hostinqdə səbətin boşaldılması

Beləliklə biz Mega hostinqdə səbətin boşaldılması mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün on dördüncü video dərsimdə faydalı olacaq. Növbəti video dərsimiz də bu mövzuya həsr olunacaq  məhz on beşinci video dərsliyimizdə şərh edəcəyik. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.