Ana səhifə / Microsoft Access / Seçmə şərtləri haqqında

Seçmə şərtləri haqqında

Paylaşmaq!

Seçmə şərtləri haqqında

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.

Seçmə şərtləri haqqında

Sizləri Seçmə şərtləri haqqında adlanan video dərslikdə salamlayıram. Sorğuya seçmə şərtlərini daxil etməklə cədvəldən müəyyən tələblərə cavab verən yazıları seçmək olar. Gəlin sorğuya ancaq başlama tarixi Oktyabrın 1-i ilə 30-u arasında olan qrupların daxil edilməsi haqqında tələb əlavə edək.
Bazanın əsas pəncərəsində Pedaqoqlar sorğusunu seçin və KonstruktorSeçmə şərtləri haqqında düyməsini sıxın. Konstruktorun aşağı hissəsində Tarix1 sütununun Seçmə şərtləri (Criteria) xanasının üzərində mausun sağ düyməsini sıxın, açılan menyudan Tərtib etmək (Build) əmrini seçin. Düstur tərtibatçısının pəncərəsi açılır. Tərtibaiçının sol siyahısından Operatorlar (Operator) qovluğunu, Orta siyahıdan Müqayisə (Comparison) operatorunu seçin. Sağ siyahıdan Müqayisə (Between) sətrinin üzərində mausun düyməsini iki dəfə sıxmaqla seçdiyiniz düsturu Düstur sahəsinə keçirin. Seçmə şərtləri haqqındaDüstur sahəsində birinci əvəzçini («Expr») seçin. Sol siyahıdan iki dəfə sıxmaqla Funksiyalar (Functions) qovluğunu seçin, sonra Standart funksiyalar (Build-In Functions) qovluğunu açın. Orta siyahıdan Vaxt/Tarix (Date/Time) sətrini seçin. Sağ siyahıdakı Tarix Qiymətinin (DateValue) üzərində iki dəfə mausun düyməsini sıxın. Birinci əvəzçi seçdiyiniz düsturla əvəz olunur. Klaviaturada «¬ « düyməsini iki dəfə sıxın və «strinexpr» əvəzçisini seçin və dırnaq arasında mətn yazın 1.10.99. İkinci əvəzçini də DateValue («30.10.99») ilə əvəz edin. OK düyməsini sıxın. Tərtib etdiyiniz düstur beşinci sütunun Seçmə şərtləri (Criteria) xanasına yazılacaq. Dərslərin başlama tarixi böyük əhəmiyyət kəsb etmirsə Tarix 1 sahəsini sorğunun yığma cədvəlində göstərməyə bilərik. Tarix 1 sütununu gizlədin. Sorğunu yerinə yetirin.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Bazanın sıxlaşdırılması

Bazanın sıxlaşdırılması

Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur. Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.

Добавить комментарий