Ana səhifə / Microsoft Access / Formalarda sərlövhə və qeydlər

Formalarda sərlövhə və qeydlər

Paylaşmaq!

Formalarda sərlövhə və qeydlərSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Sizləri Formalarda sərlövhə və qeydlər adlanan video dərslikdə salamlayıram. Formada eyni zamanda bir neçə yazının çıxarılmasını təşkil etmək olar. Bu rejimə keçək. Qruplar formasını konstruktor rejimində açın. Formanın xassələri (Properties) pəncərəsini açın. Maket (Format) səhifəsində (Dafault View) siyahısından Ardıcıl formanı (Continuous Forms) seçin. Xassələr pəncərəsini bağlayın. Ardıcıl formalarda sərlövhələr və qeydlər üçün xüsusi sahələr ayrılır.

Formalarda sərlövhə və qeydlər

Formada yazıları ardıcıl Formalarda sərlövhə və qeydlərekrana çıxararaq siyahını yuxarı və aşağı hərəkət etdirdikdə sərlövhə və qeyd sahələri sabit qalır. Bu sahələri formaya daxil edin. Görünüş-Sərlövhə/Qeyd(View-FormHeader/Footer) əmrini seçinFormalarda sərlövhə və qeydlər. Konstruktorun pəncərəsində yeni sahələr yaranır. Elementlər lövhəsində düyməsini sıxın. Sərlövhə sahəsində (Form Header) mausla düzbucaqlı çəkin. Qrupların siyahısı mətnini yazın, Esc düyməsilə düzəliş rejimindən çıxın, lakin düzbucaqlı seçilmiş vəziyyətdə qalsın. Yazılmış mətnin şriftini və sərlövhə sahəsinin ölçüsünü dəyişin. Eyni qayda ilə qeyd sahəsində mətn yerləşdirmək olar. Görünüş düyməsini sıxıb rejimi dəyişin. Gördüyünüz kimi indi formada bir neçə yazı yerləşdirilib. Formada yazılar üzrə hərəkət etmək üçün sürümə zolaqlarından istifadə etmək olar Sərlövhə və qeyd sahələri dəyişməz qalır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Bazanın sıxlaşdırılması

Bazanın sıxlaşdırılması

Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur. Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.