Ana səhifə / Microsoft Office Publisher 2003 / Publisher 2003 informasiya bukletinin yaradılması

Publisher 2003 informasiya bukletinin yaradılması

Paylaşmaq!

Publisher 2003 informasiya bukletinin yaradılması

Publisher 2003 informasiya bukletinin yaradılması bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003 proqramına həsr olunmuş səkkizinci elektron dərsliyimdə salamlayıram.

Bukletlər populyar olan kiçik poliqrafiya formalarından biridir. Buklet fransızca ( bouclett ) sözündən olub, halqacıq kimi tərcümə olur. O paralel qatlamaları olan vərəqdir və şırma kimi bükülür. Bu cür forma bukletə yığcamlıq verir və onu quruluşca informasiya bloklarına ayırır. Bukletlər sərgilər, təqdimatlar, reklam kampaniyaları aparılan yerlərdə insanları məlumatlandırmaq üçün ideal vasitədir. Bukletin dizaynını hazırlamaq üçün aşağıdakı elementlərdən istifadə olunur. Loqotip, əlaqə saxlamaq üçün məlumatlar, qrafik materiallar (slaydlar, fotolar, klipartlar) və mətnlər.

Publisher 2003 informasiya bukletinin yaradılması

Microsoft Publisher proqramını başladın.
Ekranın solunda əks olunan New Publication- Новая Публикация-Yeni nəşrlər tapşırıqlar panelində nəşr növləri siyahısından Publications for Print- Публикация для печати- Çap üçün nəşrlər qrupunu, sonra isə Brochures-Bukletlər- növünü seçin. Bu zaman pəncərənin sağ hissəsində informasiya bukletlərinin müxtəlif şablonları əks olunacaq.

Publisher 2003 informasiya bukletinin yaradılmasıLazım olan şablonu seçin. İnformasiya bukletinin yaradılması sehrbazı başladılacaq.
Sehrbaz ekrana Personal Information-Şəxsi məlumat-Персональная информация dialoq boksunu çıxararsa, Cancel-İmtina-Отмена düyməsini çıqqıldadın.
Əgər bukleti poçtla göndərməli olacaqsınızsa, Brochures Options-Bukletin parametri- Параметры Буклеты tapşırıq lar panelinin Customer Address-Sifarişçinin ünvanı bölümündə Include-Aktiv etmək variantını çıqqıldadın.

Publisher 2003 informasiya bukletinin yaradılması
Əgər bukletə hər hansı bir forma əlavə etmək lazımdırsa, Form-Forma bölümündəki Order form (Sifariş forması), Response form (Cavab forması), yaxud Sign-up form (İmza forması) variantlarından birini seçin.

Publisher 2003 proqramında informasiya bukletinin yaradılmasıSifariş forması

Cavab forması

İmza forması
Mətn çərçivələrində olan mətnləri öz mətnlərinizlə əvəzləyin.Siçanın göstəricisini dəyişdirmək istədiyiniz şəklin üzərinə aparın və sağ düyməni çıqqıldadın. Açılan kontekst menyusunda Change Picture-Şəkli dəyişmək-Изменить рисунок bəndini, sonra isə bukletə yerləşdirmək istədiyiniz şəkli tapıb qoşa çıqqıldadın. Bukletin rəng sxemi sizi qane etmirsə, onu dəyişdirə bilərsiniz. Bunun üçün Brochures Options-Bukletin parametrləri-Параметры Буклеты tapşırıqlar panelində Color Schemes-Rəng sxemi- Цветовые схемы bəndini çıqqıldadın. Bülletendə olduğu kimi, burada da ya təklif olunan rəng sxemlərindən birini seçə, yaxud da Custom color scheme-İstifadəçi rəng sxemi sətrinə daxil olmaqla, öz rəng sxeminizi yarada bilərsiniz. Hər hansı bir insan və ya təşkilatla əlaqə saxlamaq üçün məlumatlardan ibarət olan vizit kartları kağızdan, kartondan, yaxud plastikdən hazırlanır.

Beləliklə biz Publisher 2003 informasiya bukletinin yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher proqramında dəvətnamələrin yaradılması

New Publication- Новая Публикация-Yeni nəşrlər tapşırıqlar panelində nəşr növləri siyahısından Publications for Print- Публикация для печати-Çap üçün nəşrlər növünü, sonra isə Открытки-Dəvətnamələr növünü seçin.

Добавить комментарий