Ana səhifə / PH modulu / Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər

Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər

Paylaşmaq!

Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Planlaşdırma və hesabatvermə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər

Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər

Sənədlər hansı məqsədlə rəsmləşdirilir?

Sənəd ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır.

Sənədin imzalanması zamanı hansı tələblər gözlənilməlidir?

İmzanın tərkibinə sənədi imzalamış şəxsin adı, soyadı, onun şəxsi imzası daxildir. Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir.

Təşkilatlara göndərilən sənədləri kim imzalamalıdır?

Təşkilatlara göndərilən sənədlər onu göndərən təşkilatın rəhbəri və ya onun müavinləri tərəfindən imzalanır. Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər isə müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …