Ana səhifə / Sahibkarlıq modulu / Kredit almaq üçün biznes planın banka təqdim edilməsi

Kredit almaq üçün biznes planın banka təqdim edilməsi

Paylaşmaq!

Kredit almaq üçün biznes planın banka təqdim edilməsi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Kredit almaq üçün biznes planın banka təqdim edilməsi

Kredit almaq üçün biznes planın banka təqdim edilməsi


Siz biznes planınızı hansı səbəbdən banka təqdim etməlisiniz?

Biznesinizin yaradılması haqqında qərar qəbul etdikdən sonra siz biznes planınızı digər şəxslərə təqdim etməyi və müdafiə etməyi öyrənməlisiniz. Bunu edə bilsəniz, deməli biznes planınızı yaxşı başa düşürsünüz. Ancaq bu yolla siz şəriklərinizi, təchizatçı və bankirləri inandıra bilərsiniz. Müəssisəniz üçün hətta yaxınlarınız da önəmli ola bilər. Biznes planı bank və ya digər şəxslərə təqdim etmədən öncə məsələ ilə bağlı sizə çətin suallar verə biləcək şəxslər qarşısında taqdimatın məşqini keçirin. Bu mərhələdəki müvəffəqiyyətsizlikdən qorxmayın, bu təcrübə lazımi anlarda sizə kömək edəcək.Kredit almaq üçün biznes planın banka təqdim edilməsiBanka gedəndə xarici görüşünüzə də diqqət yetirin. Bunu istəsək də, istəməsək də bizə geyim və danışıq tərzimizə görə də qiymət verirlər. Bu səbəbdən də görünüşünüzə fikir verin və təcrübəli şəxslərlə məsləhətləşin.

Biznes plan hazırlayıb təqdimatının ilk məşqini keçirdikdən sonra kredit almaq üçün biznes planın banka təqdim olunmasından ibarət növbəti mərhələyə keçmək lazımdır. Bank biznes planı aldıqda əməkdaşlarından biri ilə görüşməyiniz üçün vaxt təyin olunacaq.

Siz nə qədər yaxşı hazır olsanız da bu görüş hər zaman sürprizlə nəticələnə bilər. Ən əsası özünə inamdır. Unutmayın ki, siz yaxşı hazırlaşmısınız və bunu hamıdan yaxşı bilirsiniz. Eyni zamanda özünüzə son dərəcə güvənməyin, çünki bu da səhv anlaşıla bilər.

Sizin fikrinizcə, hansı səbəblərdən bank sizə kredit ayırmaz?

Unutmayın ki, sizin kimi banka da müştəri lazımdır. Bank sizə faiz ödəyəcəyiniz və banka gəlir gətirəcək kredit verəcək. Lakin o əmin olmalıdır ki, sizə kredit verməklə götürdüyü risk minimuma bərabərdir. Məhz bu səbəbdən sizə çoxsaylı suallar verəcəklər. Bu suallar biznes planla əlaqəli olmaya da bilər. Onlar sizin gəlirləriniz, evləriniz, şəxsi həyatınız və s. ilə də bağlı ola bilər. Bu sualları verməklə bank sizin həyat tərziniz ve maliyyə işlərinizlə bağlı məlumat alacaq.Kredit almaq üçün biznes planın banka təqdim edilməsiƏgər bank danışıqların nəticələrindən və sizin təklif etdiyiniz girovdan razı qalarsa siz tezliklə sualınıza cavab alacaqsınız. Cavab müsbətdirsə, siz fəaliyyətlərinizi artıracaq və müəssisənizin açılışına hazırlaşacaqsınız!Kredit almaq üçün biznes planın banka təqdim edilməsiCavab mənfi olarsa, başqa banka müraciət etmək qalır. Başqa banka müraciət etmədən öncə özünüzdən birinci bankın təklifinizi rədd etməsinin səbəbini soruşun, çünki ikinci bank da eyni səbəblərdən istəyinizi rədd edə bilər. Beləliklə, ilk uğursuzluğunuzdan sonra daha yaxşı hazırlaşın və başqalarından məsləhət istəməkdən çəkinməyin (qohumlarınız, dostlarınız, mütəxəssislər və s.)

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.