Ana səhifə / Sahibkarlıq modulu / Müəssisənin xərcləri

Müəssisənin xərcləri

Paylaşmaq!

Müəssisənin xərcləri bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Müəssisənin xərcləri

Müəssisənin xərcləri

Müəssisənin hansı xərcləri var?

Hər bir müəssisənin xərcləri var. Xərclər — müəssisənizdə hər hansı məhsul istehsal etdiyiniz və yaxud satdığınız vaxt sərf etdiyiniz vəsaitdir. İşçilərin əmək haqqı, işıqlandırma, maşın və avadanlq üçün sərf edilən işıq enerjisi, məhsul istehsal etmək üçün sərf edilən xammal və materiallar müəssisənin xərcləridir.

Bütün bizneslərdə xərclərin 2 növü vardır:

  • Birbaşa xərclər
  • Dolayı xərclər

Birbaşa xərclərə nələr aidddir?

Birbaşa xərclər istehsal və yaxud xidmət sahələri üçün birbaşa xərclər ümumi xərclərdir ki, o da birbaşa bağlıdır :

  • istehsal olunan və yaxud satılan məhsullar və yaxud xidmətlərlə
  • Bu məhsulların və yaxud xidmətlərin istehsalı ilə .

Pərakəndə və yaxud topdansatış ticarətçilər üçün birbaşa xərclər onların yenidən satmaq üçün sərf etdikləri xərclərdir.

Birbaşa xərclərin neçə növü var?

Birbaşa xərclərin iki müxtəlif növü var. Bu:

  • Birbaşa material xərcləri
  • Birbaşa əmək haqqı xərcləri

Materiallara çəkilən birbaşa xərclər istehsal etdiyiniz, yaxud satdığınz malların, yaxud xidmətlərin bir hissəsi olan, müəssisənizin birbaşa çəkdiyi xərclərdir.

Əmək haqqnın ödənilməsinə sərf olunan birbaşa xərclər –biznesinizin mal və ya xidmət istehsalında çalışan işçilərə verdiyiniz maaş, mükafatdır.

Dolayı xərclər nədir?

Mal istehsal etməyən və xidmət göstərməyən topdan və pərakəndə satış şirkətlərinin əmək haqqının ödənilməsinə sərf olunan birbaşa xəcləri olmur.

Biznesdə yalnız birbaşa xərclər olmur. Bütün bizneslərin həmçinin biznesin təşkili (idarə olunması) üçün, məsələn, kirayə, elektrik enerjisi, nəqliyyat, lisenziya, təmir və avadanlıq üçün də xərcləri olur. Bu növ xərclər dolayı xərclər adlanır.

Birbaşa və dolayı xərcləri bir-birindən necə fərqləndirmək olar?

Dolayı xərclər biznesinizi idarə etmək üçün birbaşa xərclər istisna olmaqla, sərf ediyiniz bütün xərclərdir. Dolayı xərclər adətən xüsusi bir mal, yaxud xidmətə birbaşa aid olmur. Onlar ümumilikdə biznesin sərf etdiyi xərclərdir. Birbaşa məhsul istehsalında yaxud xidmət sahəsində işləyən işçilərin və sahibkarların əmək haqqı üçün sərf etdikləri xərclər dolayı xərclərdir. Pərakəndə və topdansatış müəssisələri üçün bütün əmək haqqı və maaşlar dolayı xərclərdir. Bu xərclər dolayı əmək xərcləri adlanır.

Birbaşa xərclər istehsal və yaxud xidmət sahələri üçün birbaşa xərclər ümumi xərclərdir.

Müəssisənin digər xərclərinə nə aiddir?

Müəssisənin digər xərcləri də mövcuddur. Aşağıdakı cədvəldə nümunə olaraq müxtəlif xərclər göstərilmişdir:

Müəssisənin xərcləri

Cədvəldə göstərilən nümunəyə əsasən, müəssisənin illik müxtəlif xərci 2172 AZN təşkil edib. Müxtəlif xərclər xırda görünsə də olduqca vacibdir. Çünki bu sizin biznesinizin əsas xərclərini təşkil edir. Bu səbəbdən də hesablarınızı düzgün qurmalısınız.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.