Ana səhifə / Sahibkarlıq modulu / Müəssisənin gəlir və xərclər planının hazırlanması

Müəssisənin gəlir və xərclər planının hazırlanması

Paylaşmaq!

Müəssisənin gəlir və xərclər planının hazırlanması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Müəssisənin gəlir və xərclər planının hazırlanması

Müəssisənin gəlir və xərclər planının hazırlanması

Müəssisənin Gəlir və Xərclər planı nədir?

Gəlir və Xərclər Planı adından da, bilindiyi kimi, sizin gəlir və xərclərinizi əks etdirən plandır. Bundan öncə hissə-hissə yazılan satış gəlirləri, personal xərcləri, amortizasiya xərcləri, müxtəlif xərclərin toplu formasıdır.

Müəssisənin gəlir və xərclər planının hazırlanması

Burada çox sadə hesablama aparılır.

A Ümumi gəlirlər – ay ərzində nə qədər gəlir əldə edildiyi göstərilir, yəni satış həcmi əks olunmalıdır.

B Xərclər – bu hissədə xərclər göstərilmişdir. Buraya istehsal və tədarük planında qeyd etdiyiniz tədarük qiyməti əlavə olunmalıdır.

C Gəlirdir.

D Digər Xərclər – burada isə sizin digər xərclərinizdir: Əmək haqqı, Amortizasiya, Müxtəlif Xərclər. Əvvəlki dərslərdə qeyd etdiyiniz məlumatları bura əlavə edib hesablama apara bilərsiniz.

Qaydaya əsasən:

A – B = C. Yəni ümumi gəlirdən xərclər çıxıldıqdan sonra gəlir hissəsi qalır. Daha sonra gəlirdən digər xərcləri çıxdıqda (C-D) isə xalis gəlir əldə olunur. Xalis gəlirdən vergi ödənişini etdikdən sonra isə son mənfəət əldə olunur. Cədvəldə göstərilən kapital xərcləri isə biznesə başlamadan öncə kredit götürməli olduğunuz təqdirdə məhz həmin qaytaracağınız borcları nəzərdə tutur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.