Ana səhifə / Sahibkarlıq modulu / Nəgd pul axını planının tərtib edilməsi

Nəgd pul axını planının tərtib edilməsi

Paylaşmaq!

Nəgd pul axını planının tərtib edilməsi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Nəgd pul axını planının tərtib edilməsi

Nəgd pul axını planının tərtib edilməsi

Nağd pul axını planı hansı faydaları verir?

Bu planın çox mühüm faydası vardır. Çünki siz dövriyyədə nə qədər nağd pul olduğunu bilməlisiniz. Buna görə də nağd pul axını planını tərtib etməlisiniz. Burada yenə sadə hesablama aparılır:

Nəgd pul axını planının tərtib edilməsi

Burada:

A — Bu ayın əvvəlinə olan qalıq vəsaitdir. Siz, ayın sonuna çatıb növbəti aya keçdiyiniz zaman, ayın əvvəlinə olan vəsaiti mütləq bilməlisiniz.

B — Ay ərzində bütün gəlirlərin cəmidir.

D — Ay ərzində olan bütün xərclərin cəmidir.

C — Ayın sonuna qalan qalıq vəsaitdir.

Qaydaya əsasən:

B-C yəni ay ərzində daxil olan gəlirdən ay ərzində yaranan xərcləri çıxırıq və nəticədə nağd pul axınını almış oluruq. Ayın sonuna qalmış vəsaiti tapmaq üçün isə A+B-C dən istifadə edirik. Unutmayın ki, bir ayın sonuna olan vəsait növbəti ayın əvvəlinə olan vəsaitdir.

Nağd pul axını planı əhəmiyyətli olmaqla yanaşı, həm də çox diqqət edəcəyiniz bir sənəddir. Burada edəcəyiniz kiçik bir səhv pulun böyük həcmdə itirilməsinə səbəb ola bilər. Ona görə də bu planın hazırlanması zamanı diqqətli olmaq, səhvə yol verməmək lazımdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.