Ana səhifə / Virtual mühitdə iş bacarıqları / Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Paylaşmaq!

Elektron hökumət portalında qeydiyyat bugün ki, elektron və dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar və virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Gəlin elektron hökumət portalında qeydiyyatdan keçmək üçün ardıcıllıqla tanış olaq. ADDIM 1Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalı na daxil olun (e-gov.az).

ADDIM 2. Qeydiyyat düyməsi

Qeydiyyat düyməsini çıqqıldadın. İstifadəçi qaydaları səhifəsi açılacaq.Elektron hökumət portalında qeydiyyatQaydalarla tanış olub uyğun sahəni qeyd edin və Davam et düyməsini çıqqıldadın.Elektron hökumət portalında qeydiyyat

ADDIM 3. Şəxsiyyət vəsiqəsinin doğruluğu pəncərəsiElektron hökumət portalında qeydiyyat

Şəxsiyyət vəsiqənizin tələb olunan məlumatlarını daxil edin və Növbəti düyməsini çıqqıldadın.

ADDIM 4. Portala giriş üçün kod şifrə

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızışifrənizi daxil edin və Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyət vəsiqənizin məlumatlarının əks olunduğu Şəxsi məlumatlar səhifəsi açılacaq.

ADDIM 5. Şəxsiyyətin doğruluğu səhifəsi

Əlavə tələb olunan məlumatları daxil edin və Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyətin doğruluğu səhifəsi açılacaq.

Elektron hökumət portalında qeydiyyat

Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.

  Hesabınızın aktivləşdirildiyi haqqında bildiriş çıxacaq.

Beləliklə biz Elektron hökumət portalında qeydiyyat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …