Ana səhifə / STQ modulu / Məlumat nişanları haqqında

Məlumat nişanları haqqında

Paylaşmaq!

Məlumat nişanları haqqında elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Məlumat nişanları haqqında

Məlumat nişanları haqqında

Təhlükəsizlik nişanları necə yerləşdirilməlidir?

Təhlükəsizlik nişanları elə yerləşdirilməlidir ki, onlar aydın görünsün, insanlar öz peşə və ya digər fəaliyyətlərini yerinə yetirərkən diqqəti yayındırmasın və narahatlıq yaratmasın, keçidi kəsməsin, malların hərəkətinə mane olmasın.

Nə üçün təhlükəsizlik nişanlarını darvazalarda və binaların giriş qapılarının üzərində yerləşdirirlər?

Darvazalarda və binaların giriş qapılarının üstündə yerləşdirilən təhlükəsizlik nişanları bu nişanların fəaliyyət zonasının bütün ərazinidarvazalarınqapıların arxasındakı ərazini əhatə etdiyini bildirir. Darvazalar və qapılarda təhlükəsizlik nişanlarının yerləşdirilməsi elə aparılmalıdır ki, nişanın vizual qavranılması darvazanın və ya qapıların (açıq, bağlı) vəziyyətindən asılı olmasın.

Nümunə

«Çıxış» evakuasiya təhlükəsizliyi nişanları «Fövqəladə çıxış» yalnız çıxışa aparan qapıların üstündə yerləşdirilməlidir.Məlumat nişanları haqqında

Yemək yeri məlumat nişanı

Bufetlərin, yeməkxanaların qapılarında və yeməyə icazə verilən digər yerlərdə yerləşdirilir.Məlumat nişanları haqqında

İçməli su məlumat nişanı

İçməli su ilə kranların yerləşdiyi binaların qapılarında yerləşir.Məlumat nişanları haqqında

Siqaret çəkən yer məlumat nişanı

İctimai obyektlərdə siqaret çəkən yerləri göstərir.Məlumat nişanları haqqında

Toplantı yeri məlumat nişanı

Qapılarda, binaların divarlarında və digər yerlərdə yanğın, qəza və ya digər fövqəladə hallar zamanı insanların toplanması üçün əvvəlcədən nəzərdə tutulmuş məntəqələrin (yerlərin) təyin edilməsi üçün nəzərdə tutulmuşdur.Məlumat nişanları haqqında

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …