Ana səhifə / İlk Yardım Modulu / Elektrik cərəyanının canlı orqanizmə təsiri

Elektrik cərəyanının canlı orqanizmə təsiri

Paylaşmaq!

Elektrik cərəyanının canlı orqanizmə təsiri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Elektrik cərəyanının canlı orqanizmə təsiri

Elektrik cərəyanının canlı orqanizmə təsiri

Elektrik cərəyanının insan orqanizminə təsir növləri hansılardır?

  1. Cərəyanın termiki təsiri
  2. Cərəyanın elektrolitik təsiri
  3. Cərəyanın mexaniki təsiri
  4. Cərəyanın bioloji təsiri

Cərəyanın termiki təsiri nədir?

Elektrik cərəyanının canlı orqanizmə təsiri

Cərəyanın termiki təsiri – bədəndə yanıqların, isitmənin əmələ gəlməsi, qan damarlarının zədələnməsi, ürəyin, beyinin və cərəyanın axını yolunda yerləşən başqa orqanların həddindən artıq qızmasına səbəb olur, bunlar da həmin orqanlarda funksional pozğunluqlar yaradır.

Cərəyanın elektrolitik təsiri nədir?

Cərəyanın elektrolitik təsiri – üzvi mayenin, o cümlədən qanın parçalanmasına səbəb olur, nəticədə qanın fiziki-kimyəvi tərkibi dəyişir, habelə bütövlükdə toxumanın xeyli dərəcədə pozulmasına gətirib çıxarır.Elektrik cərəyanının canlı orqanizmə təsiri

Cərəyanın mexaniki təsiri nədir?

Elektrik cərəyanının canlı orqanizmə təsiri

Cərəyanın mexaniki təsiri – elektrodinamiki effektin nəticəsi olaraq orqanizmin müxtəlif toxumalarının, o cümlədən qan damarlarının divarlarının və əzələ toxumalarının parçalanması və digər müvafiq zədələnmələrin baş verməsi ilə müşayiət olunur.

Cərəyanın bioloji təsiri nədir?

Elektrik cərəyanının canlı orqanizmə təsiri

Cərəyanın bioloji təsiri – normal fəaliyyət göstərən orqanizmə xas olan və onun həyati funksiyaları ilə sıx bağlı daxili bioenergetik proseslərin pozulmasına səbəb olur. Belə təsir nəticəsində orqanizmdə hüceyrələr qıcıqlanır, əzələlər iflic olur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar? elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …