Ana səhifə / STQ modulu / Əməyin təhlükəsizliyi termini

Əməyin təhlükəsizliyi termini

Paylaşmaq!

Əməyin təhlükəsizliyi termini elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Əməyin təhlükəsizliyi termini

Əməyin təhlükəsizliyi termini

Əmək nədir?

Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti.Əməyin təhlükəsizliyi terminiƏmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır.Əməyin təhlükəsizliyi termini Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır.

“Əməyin təhlükəsizliyi” termininə nə aiddir?

Əməyin təhlükəsizliyi – işçi yerlərində zərərli və təhlükəli istehsalat amilləri, işçilərin sağlamlığına təsir olmayan əmək şəraitinin vəziyyəti nəzərdə tutulur.Əməyin təhlükəsizliyi terminiİşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır. Əmək müəssisələrində aparılan təlimatlandırma giriş təlimatı, iş yerində ilkin təlimat, dövrü təkrar təlimat və növbədən kənar təlimat kimi növlər əsasında təşkil olunur.

Normal iş şəraitinin yaradılmasına təsir göstərən amillər hansılardır?

  1. İş yerinin işıqlandırılması,
  2. Havanın vəziyyəti (nəmlik, temperatur, təzyiq, təmizlik),
  3. Avadanlıqların yaratdığı səs və vibrasiyalardır.

Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir göstərirsə, belə mühit zərərli mühit sayılır. Normal iş şəraitinin yaradılmasında əsas təsir göstərən faktorlar: iş yerinin işıqlandırılması, havanın vəziyyəti (nəmlik, temperatur, təzyiq, təmizlik), avadanlıqların yaratdığı səs və vibrasiyalardır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …