Ana səhifə / İŞƏTSQ / Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Paylaşmaq!

Əməyin mühafizəsi standartları bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsinə kimlər nəzarət edir?

Əməyin mühafizəsi standartları

Bu gün bizim ölkədə hər bir insanın iş əldə etməsinə haqqı var. Bu hüququ Azərbaycan Respublikası Hakimiyyəti təmin edir. Buna əsasən işə götürənlərin funksiyaları dövlət və özəl müəssisələrinin rəhbərlərinə həvalə edilmişdir. Bununla belə “Dövlət əməyin şəraitin yaxşılaşmasının və qorunmasının qayğısına qalır” konstitusiyaya əsasən əməyin qorunması məsələləri ümumdövlət əhəmiyyətinə malikdir, müəssisənin tipindən asılı deyil. Fəhlə və qulluqçulаrа оnlаrın təhsilindən, iхtisаsındаn, pеşə və vəzifə üzrə iş stаjındаn аsılı оlmаyаrаq giriş təlimаtındаn bаşqа, iş yеrində də ilkin təlimаt kеçirilməlidir.

Müəssisədə əməyin mühafizəsini təmin edən amillər hansılardır?

Əməyin mühafizəsinin hansı sualları öyrəndiyi ilə tanış olmaq üçün, kimin və nəyin əməyinin təhlükəsizliyinə təsir göstərdiyinə nəzər salaq. Bura işə götürəni, işçini, işçi kollektivində psixoloji atmosferi, istehsal mühiti, əmək predmetləri və əşyalarını,o cümlədən bina və tikililəri daxil etmək olar.

Burаdа məqsəd hər bir işçini təhlükəsiz iş üsullаrının əsаs qаydаlаrı ilə tаnış еtmək, işlərin təhlükəsiz yеrinə yеtirilməsi üçün işçilərin biliklərini аrtırmаq, təzələmək və möhkəmləndirməkdir.

İşəgötürənlər hansı hallarda cərimə oluna bilər?

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlamtəhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.

Zərərli mühit nə deməkdir?

Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir göstərirsə, belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat təsirlərə qeyri-kafi meteoroloji şərait, xoşagəlməyən işıqlanma, radioaktiv şüalanmasının və elektromaqnit sahələrinin mövcudluğu, istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, vibrasiyalar və nəhayət bədəndə yaranan ümumi fiziki gərginlik aiddir.

Əməyin mühafizəsi üzrə işəgötürən tərəfindən əmələ edilən tələblər hansılardır?

Əməyin mühafizəsi standartları

  • əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməlidir;
  • binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməlidir;
  • bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmalıdır;
  • işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidməti təşkil edilməlidir; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi – profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilməlidir;
  • normal əmək və istirahət rejiminə riayət edilməlidir;
  • işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməlidir;
  • işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliğ edilməsi təmin edilməlidir;

Əməyin mühafizəsi standartları

  • kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil edilməli və onlarda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirilməlidir;
  • Əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə statistik hesabatlar verilməlidir.

Əməyin mühafizəsi standartları

Beləliklə biz Əməyin mühafizəsi standartları mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Fövqəladə hallarda təhlükəsizlik tədbirləri

Fövqəladə hallarda təhlükəsizlik tədbirləri

İş masaları arasındakı məsafə azı 1,2 m olmalıdır. Kompüterin arxasındakı ikinci bir iş yeri tapmağa icazə verilmir. Klaviatura istifadəçi üzünə baxan kənardan 100-300 mm məsafədə masa səthinə yerləşdirilməlidir.