Ana səhifə / ŞÜİOR / İnternet şəbəkəsinin yaranma tarixi

İnternet şəbəkəsinin yaranma tarixi

Paylaşmaq!

İnternet şəbəkəsinin yaranma tarixi bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnternet şəbəkəsinin yaranma tarixi

İnternet şəbəkəsinin yaranma tarixi

İnternet şəbəkəsinin neçənci ildə yaradılmışdır ?

İnternet şəbəkəsinin yaranma tarixi

Belə bir şəbəkənin işlənib hazırlanması Los-Ancelesdəki Kaliforniya Universiteti, Stenford Tədqiqat Mərkəzi, Yuta UniversitetiSanta-Barbaradakı Kaliforniya ştatı Universitetinə tapşırıldı. Göstərilən elmi müəssisələri birləşdirən və ARPANET adlandırılan şəbəkə 1969-cu ildə quruldu.

İnternet şəbəkəsinin yaranma tarixi

Həmin ilin 29 oktyabr tarixində ARPANET şəbəkəsinin bir-birindən 640 km məsafədə yerləşən ilk iki bəndi – Los-Ancelesdəki Kaliforniya Universiteti və Stenford Tədqiqat Mərkəzi arasında ilk məlumat mübadiləsi həyata keçirildi.

İnternet şəbəkəsinin yaranma tarixi

Strukturuna görə İNTERNET müxtəlif tipli elektron informasiya resurslarını özündə toplayan və onlara müraciət üçün sadə interfeysə malik olan nəhəng, lakin kifayət qədər çevik informasiya şəbəkəsidir. Son illər ərzində İNTERNET şəbəkəsi əsasında istifadəçilərə müxtəlif informasiya xidmətləri göstərən çoxlu sayda informasiya sistemlərinin serverləri qurulmuş və fəaliyyət göstərirlər. İNTERNET mühitində işləyən informasiya-axtarış sistemini lokal və şəbəkə mühitlərində fəaliyyət göstərən informasiya axtarış sistemlərindən (İAS-dan) fərqləndirən bir sıra xüsusiyyətlər mövcüddür. Onlardan biri də İNTERNET-də informasiya resurslarının elektron variantında olmasıdır.

İNTERNET-in informasiya resurslarının hansı növlərini tanıyırsınız?

İNTElektron nəşrlər-periodik elektron jurnallar, qəzetlər, xülasələr, bülletenlər, kitablar, konfrans materialları və s.

ERNET-in informasiya resurslarının əsas növləri aşağıdakılardır:

Elektron kitabxanalar— ənənəvi kitabxanaların, kataloqların və s. elektron variantları;

İNTERNET-in informasiya massivləri -WEB sənədləri, FTP arxivləri, Gopher-in, Usenet-in resursları və s.

Xüsusi təyinatlı informasiya resursları— xüsusi məqsədlər üçün İNTERNET-də yerləşdirilən məlumatlar, hesabatlar, elmi tədqiqatların nəticələri, nəşr edilməsi üçün məqalələr, müxtəlif sənədlər və s.

İNTERNET-in əsas xidmət sahələrinə nələr aiddir?

  • WWW- World Wide Web (Ümumdünya hörümçək toru)
  • Elektron poçt (E-mail)
  • FTP-File Transfer Protocol
  • USENET xidməti
  • İnteraktiv söhbət, audio və videokonfrans
  • Elektron elanlar lövhələri
  • İntemet vasitəsilə şəkillərin, insanlann və təşkilatlarm axtarışı
  • TELNET xidməti
  • «Gopher» informasiya-axtanş xidməti.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …